• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dəmir yollarında YENİLİK

Azərbaycan dəmir yollarında YENİLİK
29.05.2020 09:09
“Azərbaycan Dəmir Yollar” QSC-nin Sərnişindaşıma Departamenti daha yüksək xidmət göstərmək üçün bütün imkanlardan yararlanır. Qurumun 2010-cu ildən həyata keçirdiyi onlayn bilet satışı da bu xidmətlərdəndir.ANN.Az Milli.az-a istinadən bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun sözlərinə görə, hazırda dəmir yolundakı bilet satışı 3 yolla - kassalardan nağd və nağdsız ödəniş etməklə və onlayn yolla həyata keçirilir.Nadir Əzməmmədov deyir ki, onlayn sistemlə bilet alanların sayı hazırda 30-40 faiz təşkil edir. Hazırda isə onlayn sistemdən istifadə edənlərin sayı tədricən artır.Yəni vətəndaşlar evlərində oturub kompüter vasitəsilə rahat biletini sifariş verməyə daha çox üstünlük verirlər. Bu, həm də sərnişinlərin qurum əməkdaşları ilə birbaşa təmasının və bu zaman baş verə biləcək neqativ halların qarşısını alır. Onlayn bilet satışı da 10 gün əvvəlcədən həyata keçirilir.Nadir Əzməmmədov qeyd edib:“Sərnişinlər bizim “reilway.qov.az” saytına daxil olurlar, orada onlayn bilet satışı şöbəsinə keçirlər və oradakı sualları cavablandırıb bilet əldə edirlər. Yəni orada ad, soyadı, getdiyi qatarın tipi “SV, Kupe” var, müəyyən edib bilet əldə edə bilərlər”.Onlayn bilet əldə etdikdən sonra sərnişinlər yola düşən gün bir saat əvvəldən dəmir yolundakı kassaya yaxınlaşıb qeydiyyata düşdükdən sonra biletini götürüb yola düşə bilər. Hazırda onlayn bilet satışı yerli istiqamətlərə həyata keçirilir. Gələcəkdə beynəlxalq istiqamətlərə də reallaşması istisna deyil.Hazırda “Azərbaycan Dəmir Yolları” QSC - Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Rostov, Bakı-Tümen və Bakı-Tiflis olmaqla beş beynəlxalq, Balakən, Astara və Qərb bölgəsi olmaqla 3 yerli istiqamətdə xidmət göstərir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol