• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi

Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi
29.05.2020 12:33

 
Unibank xalqımızı 28 May – Respublika Günü  münasibəti ilə təbrik edir. Müstəqilliyimiz əbədi, bayrağımız hər zaman zirvələrdə olsun!

Müstəqilliyimizin 102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi  biznesini yaratmaqda kömək edəcək. Qarabağ müharibəsi əlili olan Həsən Əsgərov  un məhsulları istehsalı ilə bağlı ailə biznesini böyütmək istəyirdi və yaxın günlərdə bu istəyi reallaşacaq.

Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Tərtər şəhər sakini Həsən Əsgərov da "Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. Bank öz korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, həssas əhali qruplarının özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə vətəndaşımıza öz biznesini qurmaqda kömək etməyi nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol