• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” Ramazan bayramına həsr edilmiş fotomüsabiqə elan edir

“Nar Mobile” Ramazan bayramına həsr edilmiş fotomüsabiqə elan edir
15.07.2014 17:12
Mobil operator valideynlərin, baba və nənələrin gündəlik həyatına dair ən maraqlı fotokadrların müəlliflərini mükafatlandıracaq“Nar Mobile” mobil operatoru Ramazan bayramı ərəfəsində maraqlı bir müsabiqə keçirmək qərarına gəlib. Gənclərin diqqətini Azərbaycanın zəngin tarix və mədəniyyətinə, xalqımızın milli irsi və adət-ənənələrinə cəlb etmək məqsədi daşıyan fotomüsabiqənin əsas məqsədi çağdaş dünyada ailə dəyərlərinin əhəmiyyətini vurğulamaq, ahıl yaşlarının gözəlliyini qabartmaq və nəsillərarası əlaqəni xatırlatmaqdan ibarətdir. Belə ki, müsabiqəyə valideynlərin, baba və nənələrin gündəlik həyatını əks etdirən müəllif fotoşəkilləri təqdim ediləcək.Qeyd edək ki, fotomüsabiqədə iştirak etmək üçün heç bir yaş məhdudiyyəti yoxdur. Hər bir müəllif müsabiqəyə əvvəllər heç yerdə yerləşdirmədiyi 1 və ya 2 ədəd fotoşəkil təqdim edə bilər. Fotokamera və ya telefonla çəkilmiş şəkillər keyfiyyətli olmalı, özündə koloritli rənglər əks etdirməli, bədii dəyərə malik olmalı, ölkə tarixi, mədəniyyəti və adətlərini mümkün olduğu qədər tərənnüm etməli və xoş ovqat bəxş etməlidir. İyul ayının 14-dən 31-dək “Nar Mobile” mobil operatorunun “Facebook”, “Twitter”, və “İnstagram” sosial şəbəkələrindəki rəsmi səhifələrinə göndəriləcək fotoşəkillər 1-8 avqust tarixləri arasında tanınmış simalardan ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək. Münsiflər heyəti Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, teleaparıcı Nərgiz Cəlilova, fotoqraf Sitarə İbrahimova, rəssam İrina Eldarova və “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Nigar Arpadaraidən ibarət olacaq.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol