• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daşınmaz əmlak niyə bahalaşıb?

Bakıda daşınmaz əmlak niyə bahalaşıb?
29.05.2020 08:34
Paytaxtda mənzillərin qiymətləri kəskin şəkildə bahalaşıb. Artım hətta son beş ildə rekord həddə çatıb.ANS TV-nin məlumatına görə, Bakının ilkin və təkrar mənzil bazarlarında qiymət artımı cari ilin əvvəlindən başlıyıb. Təkrar satılan evlərdə qiymətlər ötən illə müqayisədə təqribən 20% artıb, ilkin mənzil bazarında isə 1 kvadratmetr sahənin qiyməti 30 faizə yaxın bahalaşıb.Daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək, qiymət artımı 2011-ci ildə 4 %, 2012-ci ildə 12 %, 2013-cü ildə 26 % olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32,6 % göstərilir.Qiymətlərin dinamik artımının mövsümü xarakter daşıdığı düşünülsə də ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir.Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, bazarda təklif azaldıqca qiymətlər artır: “2011-ci ildən artıq Azərbaycanda tikinti bumu nisbətən səngidi. Amma əhalinin gəlirləri artdı, buraya ölkədə aparılan tikinti layihələri Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki kompensasiya ilə sökülən ərazilər birbaşa təsir etdi”.Qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində deyil, əsasən Bakı ətrafında, xüsusən də Xırdalan, Masazır və Saray qəsəbələrində kəskin şəkildə nəzərə çarpır. Burda daşınmaz əmlakla yanaşı torpaq sahələrinin də qiyməti artır. Amma Bakının 3-cü və 4-cü dairələrində də kifayət qədər artım müşahidə olunur.Ekspert Akif Mehrəliyev deyir ki, ötən il Bakının 3-cü dairəsi hesab olunan ərazilərdə Xruşovka binalarda iki otaqlı mənzillər 80.000 idi: “İndi isə həmin evlər 100.000 AZN-ə təklif olunur. Bu ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gəlir”.Təklifin azalması ilə daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-8 il ərzində davam edəcəyi gözlənilir. Yalnız bundan sonra tələb azalarsa, qiymətlərdə ucuzlaşma baş verə bilər.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol