• $
  • €
  • ₽
  • ₺
  • £

Kommunal borclar silinir? — AÇIQLAMA

Kommunal borclar silinir? — AÇIQLAMA
05.08.2020 20:06
Karantin rejiminin 31 avqustadək qüvvədə olması və iş yerlərinin tam açılmaması yenidən başqa problemləri, kommunal xərcləri gündəmə gətirir.
 
Məlumdur ki, karantin səbəbilə əhalinin böyük hissəsi evdədir və bu səbəbdən də əvvəlki aylarla müqayisədə karantin aylarında su, işıq kimi həyati önəm daşıyan vasitələrdən daha çox istifadə edilir ki, bu da kommunal xərclərin artımı ilə nəticələnir. 
 
İşsizliyi və gəlirlərin azlığını da nəzərə alsaq, deyə bilərik ki, kommunal xərcləri ödəmək insanlar üçün hazırkı məqamda kifayət qədər çətinləşib.
 
Aztəminatlı ailələrə ödənilən 190 manatla isə xərclərin qarşısını tam almaq heç şübhəsiz ki, mümkün deyil.
 
Bəs çıxış yolu nədir? Kommunal xərclərdə heç olmazsa, 50 faizlik güzəşt edilə bilərmi?
 
Anews.az xəbər verir ki, bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu güzəştlərin artıq aprel ayından etibarən edilməsi gərəkirdi:
 
"Əslində kommunal güzəştlər daha öncədən tətbiq olunmalıydı. İndi demək olar ki, sayğacların böyük əksəriyyəti smart sayğaclardır. Kartla öncədən ödəniş etmək olur, sonradan bu sayğaclara yüklənilir. Həm işıq, həm su, həm də qazla bağlı smart sayğaclara vurulan vəsait avtomatik olaraq 2-yə qatlanmalıdır. Bunun həyata keçirilməsi asanlıqla mümkündür. Çünki bütün aparatlarda proqram təminatı çox qısa bir zamanda dəyişdirilir. Nəticə etibarilə, ödənişlərdə 50 faiz güzəşt olunur. Yəni 10 manatlıq ödəniş yüklənirsə, 20 manatlıq istifadə edə bilirsən. Əsasən də, yay aylarında daha çox elektrik enerjisinə və suya tələbat yaranır.
 
Kondisionerlər işləyir, virusun yayılması səbəbilə sudan gigiyenik qaydalara əməl olunması üçün tez-tez istifadə olunur. Bütün bunları nəzərə alıb güzəştlər edilməli idi. Təəssüf ki, kommunal xərclərə edilməli güzəştlər gecikdirildi. Bu aprelin sonunda artıq tətbiq olunmalı idi. Düşünmürəm ki, yaxın zamanlarda kommunal güzəştlərlə bağlı hansısa addım atılsın”.
 
Xatırladaq ki, Milli Məclisin deputatı Razil Nurullayev də hələ mart ayında kommunal ödənişlərin sıfırlanmasını, kreditlərin dondurulmasını təklif etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol