• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı

Azercell Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışladı
07.12.2020 22:38

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. "Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 
 
Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan Azercell-in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 07.12.2020-ci il tarixinə olan borcları tam şəkildə bağışlanır. Bununla yanası, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən Azercell abunəçilərinin borclarının ödənilməsinə təxris olunacaqları vaxtadək möhlət verilir.
 
Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları, və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə Azercell şirkətinə müraciət edə bilər:
 
- Azercell müştəri xidmətlərinə e-mail ([email protected], [email protected]) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.
- Hərbçilərin özləri və ya ailə üzvləri Azercell Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr boyu ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: https://www.azercell.com/az/contacts/offices/
 
Qeyd edək ki, "Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. Azercell erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsinə quran Azercell Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait də köçürüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol