• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc rəssam Yelo Banka çəkdiyi rəsmi hədiyyə etdi

Gənc rəssam Yelo Banka çəkdiyi rəsmi hədiyyə etdi
11.12.2020 17:26
Çətinliklər əsl istedad üçün əngəl deyil. Bu sözlər bizim gənc rəssamımız Könülü çox düzgün təsvir edir. O, ətraf aləmin səslərini eşitməsə də, sözlə ifadə edə bilməsə də, rəsmləri ilə bütün gözəllikləri necə çatdıracağını yaxşı bilir.Gənc olmasına baxmayaraq, əsərləri müsabiqələrdə yer tutur və sərgilərdə iştirak edir.
 
O, fəaliyyətini genişləndirmək məqsədi ilə 2 il əvvəl Özünəməşğulluq proqramına müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilən bu proqram çərçivəsində banklar fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlarımızı istehsal və ya xidmət avadanlığı ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik bizneslərini qurmağa və mövcud fəaliyyətlərinin genişləndirilməsinə dəstək olmaqdır.

Bu tip sosial layihələrin reallaşdırılmasına xüsusi əhəmiyyət verən və özünüməşğulluq proqramına ilk qoşulanlar banklardan olan Yelo Bank Könülü və bir neçə müraciətçinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Onlara fəaliyyətlərinin daha da inkişaf etdirilməsi üçün lazımi alətlər, materiallar və avadanlıqlar təqdim olundu.

Gənc və istedadlı rəssam minnətdarlıq əlaməti olaraq çəkdiyi rəsmi Yelo Banka hədiyyə etdi.Yelo ailəsi adından bankın ofislərindən birini bəzəyəcək gözəl hədiyyəyə görə Könülə təşəkkür edir, ona yaradıcılığında uğurlar arzulayır.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol