• $
  • €
  • ₽
  • ₺
  • £

“110 manat ünvanlı yardım” xəbərləri ilə bağlı - Rəsmi açıqlama

“110 manat ünvanlı yardım” xəbərləri ilə bağlı - Rəsmi açıqlama
05.01.2021 18:22
"Son günlər sosial şəbəkələrdə guya işsiz şəxslərə "110 manat ünvanlı yardım” almaq üçün "yol göstərən”, əslində onlarda yanlış təsəvvür, çaşqınlıq yaradan videolar paylaşılıb".q

Anews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov öz feysbuk hesabında bildirib.

Qurum rəsmisi məsələyə belə aydınlıq gətirib:

"Əvvəla, aztəminatlı ailələrə ünvanlı yardım ailənin ümumi ehtiyac meyarı ilə orta aylıq gəliri arasındakı fərq qədər təyin olunur. Həmin fərq kimi, ailələrə təyin olunan ünvanlı yardımlar da müxtəlif məbləğlərdə ola bilər. Ona görə bu videolarda "110 manat ünvanlı sosial yardımı” ifadəsi absurddur.

Bu, eləcə də birdəfəlik ödəmə, ünvanlı sosial yardım almaqdan ötrü müraciət olunması ilə bağlı videolardakı əsassız "məsləhətlər”, təqdim edilən səhv müraciət prosedurları müəllifin uydurmasıdır.

Sosial şəbəkə istifadəçilərinə bu kimi yanlış məlumatlara inanmamağı tövsiyə edirik. Vətəndaşlarda çaşqınlıq yaradan belə yalan videoməlumatlar və müəllifləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol