• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir

Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
06.01.2021 12:30
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələnə bilərlər.


Belə ki, e-Commerce sahəsində Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlara, dövriyyələrindən asılı olaraq xidmət komissiyalarına 0,7%-dən başlayan tariflər təqdim edilir. Bundan başqa xidmətə qoşulma, aylıq/illik xidmət haqqı, texniki dəstək, Müştəri Bank sisteminə qoşulma tam olaraq pulsuz təqdim edilir. 


Müraciət etmək istəyənlər (+994 50) 245 10 60, (+994 51) 206 52 49 nömrələri və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər. Xidmətlər barədə ətraflı məlumatı saytdan əldə etmək olar – https://kbl.az/e-commerce. 


Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil "ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal hesablanması, BirBank ürəklər və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.


Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol