• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı

Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
12.01.2021 22:30
Serbiya Azərbaycana 173 mln avro borcunu vaxtından əvvəl geri qaytarıb.

"Report”un Sebiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, ölkənin maliyyə naziri Sinişa Mali bildirib ki, Serbiya Azərbaycana "XI Dəhliz” yolunun bir hissəsinin inşası üçün ayrılan 172,7 mln avro (210 mln ABŞ dolları) məbləğində borcunu vaxtından əvvəl qaytarıb.

Hökumət krediti özünün "Komercijalna Banka"da olan 83,23 % payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln avroya satışı hesabına əldə etdiyi gəlirdən ödəyib.

S. Mali bildirib ki, bununla da Serbiya vətəndaşlarına 2027-ci ilə qədər faiz ödənişləri üçün nəzərdə tutulan 25,9 mln avroya qənaət etmiş olub.
Xatırladaq ki, ötən ay Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, borcların azaldılması Serbiyanın dövlət borcunun ümumi daxili məhsula nisbətini 0,42 faiz bəndi azalaraq 58,5 %-ə endirəcək.

Qeyd edək ki, Serbiya 2012-ci ildə "XI Dəhliz”inin Prelyina-Ljig hissəsinin inşası üçün Azərbaycan hökumətindən 300 mln avro kredit alıb. Tikinti işləri isə Azərbaycanın "Azvirt” şirkəti tərəfindən həyata keçirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol