• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” 2020-ci ilin dördüncü rübünü mənfəətlə başa vurdu

“AccessBank” 2020-ci ilin dördüncü rübünü mənfəətlə başa vurdu
27.01.2021 11:40
Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan "AccessBank” 2020-ci il üzrə dördüncü rüb üzrə maliyyə göstəricilərini elan edib.

Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/


Dördüncü rübdə bank tərəfindən 87 milyon manat dəyərində kredit verilib. Bankın kredit portfeli isə 502 milyon manat təşkil edib. Bundan başqa, üç ay ərzində Bankın müştərilərinin vəsaitləri 21 milyon manat artıb. Bu göstəricidə hüquqi şəxslərin payı 13 milyon manat təşkil edib.

2020-ci il üçün Bankın xalis mənfəəti isə 2,6 milyon manat olub. Hazırda Bankın məcmu kapitalı 79.2 milyon manat təşkil edir. Bu göstərici isə məcmu
kapital normasından (50 milyon manat) 29.203 milyon manat çoxdur. Dekabr ayının sonuna Bankın ani likvidlik əmsalı 79.6% təşkil edib, bu isə normadan
(30%) təxminən 3 dəfə yüksəkdir.

2020-ci ilin 4-cü rübünün nəticələrini şərh edən "AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgenia Qaşikulina bildirib: "2020-ci il pandemiya ilə əlaqəli tətbiq olunmuş karantin rejimi fonunda iqtisadi fəaliyyətin endiyi bir il oldu. Buna baxmayaraq, "AccessBank” missiyasına sadiq qalaraq, mikro, kiçik və orta sahibkarlara hərtərəfli dəstək oldu. Bu il dəstək yalnız maliyyə təminatında deyil, həm də pandemiyadan əziyyət çəkən bizneslərin kreditlərinin aktiv şəkildə restrukturizasiya olunmasında idi. Bundan başqa, bir neçə ildən sonra ilk dəfə olaraq, Bankımız ili mənfəətlə başa vurdu.
 
Həmçinin, "AccessBank” nüfuzlu beynəlxalq "The Banker” jurnalı tərəfindən "İlin Bankı” seçildi. Biz, 2021-ci ilə pozitiv baxırıq və bölgələrdə fəal iştirakımız və aqro-sahibkarlara dəstəyimiz sayəsində, biznesin inkişaf perspektivini görürük.”

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol