• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank” güzəştli aqrokreditlər təklif edir

“AccessBank” güzəştli aqrokreditlər təklif edir
29.01.2021 13:17
"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir.  "AccessBank” dövlət xətti ilə verilən kreditlərin sahibkarlara, xüsusilə də aqromüştərilərə çatdırılmasında fəal iştirak edir.

"AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina Bankın kiçik sahibkarlara təklif etdiyi məhsullar haqqında məlumat verib.


Xanım Qaşikulina, "AccessBank” dövlət xətti ilə sahibkarlara verilən vəsaitlərin onlara çatdırılmasında fəal rol oynayır. Bilmək istərdik, Bank olaraq, kənd təsərrüfatı sahəsində çalışanlara hansı xidmətlərinizi təklif edirsiniz?

Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə dövlət tərəfindən verilən kreditlərlə yanaşı, bizim daxili kreditlərimiz də vardır. Bank, uzunmüddətli kreditləri yatırım məqsədli layihələrər verir. Qısamüddətli kreditlər isə bir aqrodövrün maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Kiçik biznes üçün qısamüddətli kreditlər əsaəsn 15.000 AZN dəyərində olur və 12 ayadək verilir. Bu müddət üçün verilən kreditlərdə 9 ay güzəşt müddəti tətbiq olunur. Kredit 12-16% aralığında verilir. Müştəri kredit üçün banka müraciət etdikdə sorğu bankdaxili analiz edilir və növbəti 24 saat ərzində müştəriyə cavab verilir. Təkrar müştərilərdə isə qərarvermə müddəti 2-3 saat çəkir. 


Mikrokreditlərlə bağlı şərtləriniz nələrdir?

"AccessBank”da istər aqro, istərsə də mikrokreditlərin maksimal müddəti 48 ayadəkdir. Məbləğ isə 500-100000 AZN aralığındadır. Faiz dərəcəsi kreditin məbləğindən, müştərinin bankla münasibətlərinin tarixindən və tələb olunan müddətdən asılı olaraq müəyyən edilir; həmçinin güzəşt müddəti də verilir. 


"AccessBank”dan aqrokredit götürməyin üstünlükləri nələrdir?

Bizim geniş filial şəbəkəmiz və mikrokreditləşmə sahəsində böyük təcrübəyə malik mütəxəssislərimiz var. Bu da bizə qısa müddət ərzində düzgün maliyyələşdirmə aparmağımıza kömək edir. Bizə müraciət edən hər bir vətəndaş müştəridən qabaq, tərəfdaşımızdır. Müştərini anlamaq, maliyyə dəstəyi göstərmək və şəxsi maliyyə məsləhətçisi olmaq əsas məqsədimizdir. Bu halda bank və müştəri arasında münasibətlər daha da yaxınlaşır və tərəflər arasında etibar artır. 

Bundan başqa, bankımızda sənədləşmə işi çox sadələşdirilib. Məsələn, artıq bu ilin sentyabr ayından müştərilərimiz banka gəlmədən, bir telefon zəngi ilə və ya rəsmi saytımızda sorğu yaradaraq 10.000 AZN-dək biznes kredit əldə edə bilərlər. Bu xidmətdən həm mikro, həm də aqromüştərilər yararlana bilərlər. 


Xanım Qaşikulina, "AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideridir və ölkədə aqrar sahədə fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsində mühüm rol oynayır.  Sizcə, bu sahədə uğurlu olmağınızın səbəbi nədir?

"AccessBank” olaraq, hazırda verdiyimiz mikrokreditlərin təqribən 40%-ni aqrokreditlər təşkil edir. Kredit verdiyimiz sahələr arasında heyvandarlıq ilk sıradadır – 25. Həmçinin bağçılıq və istixanalar da xüsusi paya sahibdirlər.

Qeyd etmək istərdim ki, "AccessBank”ın müştəri bazasını, əsasən daimi müştərilər təşkil edir. Bu bizi çox sevindirir. Demək ki, biz müştərilərimizin güvənini qazanmışıq, onlara verdiyimiz ilk kredit sayəsində biznesləri inkişaf edib və müştərilər bu inkişafı davamlı etmək üçün yenidən bizə müraciət ediblər. bizim Bizim bir zamanlar 500 AZN kreditlə başlayan və hazırda 100.000 AZN dövriyyəsi olan müştərilərimiz var. Yeni müştərilər cəlb etmək və bzinesin tələblərinə cavab vermək üçün daima yeniliklər edirik. Bizim kiçik biznes seqmenti üçün nəzərdə tutulmuş çoxlu planlarımız var. Onların həyata keçirilməsi müştərilərimizə əlavə rahatlıq bəxş edəcək. 




 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol