• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankından 300.000 manatadək daxili ipoteka krediti!

Azərbaycan Beynəlxalq Bankından 300.000  manatadək daxili ipoteka krediti!
07.04.2021 11:14
Azərbaycan Beynəlxalq Bankı ev sahibi olmaq istəyənlər üçün çox sərfəli imkan yaradıb. İndi hər kəs arzusunda olduğu mənzilləri, fərdi yaşayış evlərini Bankın təklif etdiyi daxili kredit şərtlərindən faydalanmaqla çox asanlıqla əldə edir. 


Mənzil və ya fərdi yaşayış evlərinin alınması üçün kreditin şərtləri:


-Maksimal məbləğ: 300.000 manatadək
-Müddət: 20 ilədək
-İllik faiz dərəcəsi: 10%-dən başlayaraq
-İlkin ödəniş: 15%-dən başlayaraq    
 
Bankın müştərisi olmayan şəxslərə də kredit şərtlərindən yararlanmaq imkanı yaradılır. Daxili ipoteka krediti yalnız Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən əmlaklara ayrılır. Kreditin rəsmiləşdirilməsi prosedurları çox sadədir. Tələb edilən sənədlərin sayı azdır. Hər bir Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini, bank hesabından çıxarışı və ya Elektron Hökumət Portalından arayışı təqdim etməklə bu kredit imkanından faydalana bilər. Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.    
Bankın İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Azərbaycan Beynəlxalq Bankı universal bank olaraq müştərilərin ən müxtəlif ehtiyaclarını təmin edir. Yeni kredit məhsulumuz müştərilərimizə öz mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı verəcək. Bu məhsul tikinti sektorunda da canlanma yaradacaq”.  
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.











www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol