• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Neft Fondu büdcəyə nə qədər vəsait transfert edib? - RƏSMİ

Dövlət Neft Fondu büdcəyə nə qədər vəsait transfert edib? - RƏSMİ
21.04.2021 11:48
2021-ci ilin birinci rübündə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 milyard 85,7 milyon manat vəsait daxil olub.

Maliyyə Nazirliyindən verilən məlumata əsasən, bu vəsait proqnoza nisbətən 363,8 milyon manat və ya 21,1 faiz çoxdur.

Müvafiq göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 45,8 milyon manat və ya 2,2 faiz çoxdur. Bu il büdcəyə köçürülən vəsaitin 72,2 faizi və yaxud 1 milyard 507 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bu daxilolmaların həcmi 2020-ci ilin eyni dövrünə nisbətən 110,6 milyon manat və ya 7,9 faiz çox olub.

İlin ilk üç ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 943,6 milyon manat vəsaitin köçürülməsi təmin edilib. Bu rəqəm proqnoza nisbətən 158,6 milyon manat və ya 20,2 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 115 milyon manat mədaxil olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon manat və ya 5,0 faiz çoxdur.

Sair daxilolmalar üzrə dövlət büdcəsinə 78,4 milyon manat vəsait daxil olub. Bu isə proqnoza nisbətən 48,4 milyon manat və ya 2,6 dəfə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 39 milyon manat və ya iki dəfə çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 2 milyard 513,7 milyon manat olub, bu da nəzərdə tutulmuş proqnoza nisbətdə 536,3 milyon manat və ya 17,6 faiz azdır.

Buna səbəb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən ilin birinci rübündə mədaxil proqnozunun artıqlaması ilə icra edilməsi və dövlət büdcəsi kəsirinin maliyyələşməsi üçün nəzərdə tutulmuş mənbələrdən istifadə olunmasıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol