• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA

SOCAR-dan benzin qiymətləri ilə bağlı AÇIQLAMA
21.04.2021 14:28
2021-ci ilin yanvar-fevral ayları ərzində ölkəmizə 7 milyon 104,32 min dollar dəyərində 11 min 934,4 ton "Aİ-95” markalı benzin və 187,75 min dollar dəyərində 239,9 ton "Aİ-98” markalı benzin idxal edilib.

Belə ki, bir ton "Aİ-95” markalı benzinin gömrük dəyəri 595,3 dollara, bir ton "Aİ-98” markalı benzinin gömrük dəyəri isə 782,7 dollara başa gəlib. Bu rəqəmlər isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,9 faiz və 11,4 faiz azdır.

Beləliklə, idxal edilən premium və super markalı benzinin gömrük dəyərinin aşağı enməsi ölkəmizdə satışa çıxarılan müvafiq məhsulların da ucuzlaşmasına səbəb olub?

"SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.Az-a açıqlamasında bildirib ki, qiymət tənzimlənməsinə "SOCAR Petroleum” nəzarət etmir:

"Gələcəkdə qiymətlərin necə olacağını biz də müəyyən edə bilmərik. Çünki hər dəfə mənbə ölkədən qiymətlər dəyişir. Ötən illərdə idxal olunan yanacaqların qiymətləri bir neçə dəfə aşağı salınıb. İdxal edilən yanacaq qiymətlərini sərbəst bazar tənzimləyir və ölkədə vahid qiymət tətbiq olunur”.

Onun sözlərinə görə, burada tələb və təklif meyarları əsas rolu oynamır:

"Bəzən "Aİ-98” markalı benzinə tələb artır. Yanacaq tez bitdiyindən yeni partiyanın gəlməsini gözləyirik. Bu nadir hallarda baş verir. Lakin "Aİ-95” markalı yanacağa tələb "Aİ-98” markalı yanacağa olan tələbdən çox olduğundan çalışırıq ki, bu yanacağın tədarükündə qıtlıq müşahidə olunmasın. Hər iki yanacağın da xarici ölkələrdən idxal olunduğu nəzərə alınmalıdır, bu zaman gecikmələr ola bilər”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi İbrahim Əhmədov əlavə edib ki, "Aİ-95” və "Aİ-98” markalı benzinlər xaricdən idxal olunduğundan onların dəyəri beynəlxalq bazar tərəfindən tənzimlənir:

"Azərbaycana bu benzinlərin əsas idxalçısı SOCAR olsa da, ölkədə fəaliyyət göstərən digər şirkətlər də məhsulu idxal etməkdə sərbəstdir. Bu zaman onların təyin etdiyi qiymət heç bir vəchlə SOCAR-dan asılı deyil”.

Onun sözlərinə görə, ümumilikdə isə ötən ilin ilk ayları ilə müqayisədə bu il Azərbaycanda "Aİ-95” və "Aİ-98” markalı benzinlərinin qiyməti aşağı düşüb:

"Ötən ilin ilk aylarında "Aİ-95” markalı benzinin bir litri pərakəndə 1,50 AZN-ə satılırdısa, sonrakı dövrlərdə dünyada qiymətlərin dəyişməsi ilə əlaqədar olaraq, müxtəlif dövrlərdə qiymətlər 1,10 AZN və 1,20 AZN-ə endirilmişdi. Odur ki, idxal olunan benzinin maya dəyəri azaldıqca, satış qiyməti də azaldıldı. Əgər başqa şirkətlər bu benzini daha ucuz qiymətə əldə edib sata bilsələr, bazar iqtisadiyyatı şəraitində bunu edə bilərlər. Bir sözlə, SOCAR idxal olunan benzinin qiyməti üzərində inhisara malik deyil”.

Qeyd edək ki, respublikamıza xaricdən idxal edilən "Aİ-95” premium markalı benzinin qiyməti 1,25 AZN, "Aİ-98” super markalı benzinin qiyməti 1,50 AZN təşkil edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol