• $
  • €
  • ₽
  • ₺
  • £

Peyvənd olunmuş pensiyaçılara Azərbaycan Beynəlxalq Bankından güzəşt

Peyvənd olunmuş pensiyaçılara Azərbaycan Beynəlxalq Bankından güzəşt
26.04.2021 15:34
Azərbaycan Beynəlxalq Bankı COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən kütləvi peyvəndlənmə prosesinə dəstək məqsədilə maraqlı bir kampaniyaya başlayıb. Bank peyvənd olunan pensiyaçılara nağd pul kreditini 2% endirimlə təklif edir. Bu güzəşt imkanından Azərbaycan Beynəlxalq Bankının peyvənd olunmuş hər bir pensiya kartı sahibi faydalana bilər. 


Kampaniyanın özəllikləri:
Məbləğ - 20 000 manatadək
Müddət 48 ayadək
İllik faiz dərəcəsi – 16%-dən başlayaraq
Komissiya haqqı -yoxdur
Kampaniya 20 may tarixinə qədər keçərlidir.


Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Pensiyaçı müştərilər COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunmaları barədə sənədi də təqdim etməlidirlər. Əməkhaqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə Bankdan nağd pul kreditini əvvəlcədən sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Xatırladaq ki, Azərbaycanda əhalinin kütləvi peyvəndlənməsi prosesinə yanvarın 18-dən start verilib. Proses dövlət hesabına, yaş qrupları üzrə mərhələli şəkildə həyata keçirilir. Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə peyvəndlənmə üçün onlayn qaydada növbə götürə bilərlər. 
Əhalinin sağlamlığının qorunması Azərbaycan Beynəlxalq Bankı üçün də ən mühüm məsələlərdəndir. Bank dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə korporativ sosial məsuliyyəti çərçivəsində dəstək verməyə çalışır. 
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol