• $
  • €
  • ₽
  • ₺
  • £

"SOCAR Şərqi Avropaya "Rosneft”in yanacağının tədarükünə başlayır"

"SOCAR Şərqi Avropaya "Rosneft”in yanacağının tədarükünə başlayır"
14.05.2021 17:45
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq neft-qaz ticarətində öz mövqelərini gücləndirmək niyyətindədir.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bu istiqamətdə Rusiyanın "Rosneft” dövlət neft şirkətinin istehsal etdiyi neft məhsullarını Ukrayna, Polşa, Baltikyanı ölkələrə və digər Şərqi Avropa ölkələrinə tədarük etmək hüququnu təmin edən saziş imzalanıb: "Nəzərdə tutulan əməliyyatların həcmi və müddəti hazırda razılaşdırılmaqdadır.”

Xatırladaq ki, dünən SOCAR və "Rosneft” arasında "SOCAR Trading” şirkətinin Rusiya dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak etməsi ilə bağlı "Report" məlumat vermişdi. Bu həftə "SOCAR Trading” şirkətinin rəhbərləri cari ilin aprel ayınadək Ukraynada "Rosneft"in yanacaq həcmlərinin bölüşdürülməsilə məşğul olmuş "Proton Energy Group S.A.” şirkətinin nümayəndələrilə danışıqlara başlayıblar. Mənbələrə görə, artıq bu ay tədarükə başlayacağını istisna etməyən yeni operator 100 min tondan artıq dizel yanacağı və 12 min ton maye qazı həcmindəki kvotası olduğunu bildirsə də, bazar iştirakçıları tədarükə iyun ayında başlamağın daha ağlabatan olduğunu düşünürlər. (report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol