• $
  • €
  • ₽
  • ₺
  • £

Sara Maykl: "Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq"

Sara Maykl: "Azərbaycan iqtisadiyyatı 2022-ci ildə pandemiyadan əvvəlki vəziyyətə qayıdacaq"
22.06.2021 20:00
Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Bakı Bürosunun rəhbəri Sara Maykl bildirib.

"DB-nin iqtisadçıları iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar. Hazırki proqnozlara görə, bu il ÜDM-in artım templərinin 3%, 2022-ci ildə isə 4% olacağı gözlənilir. Lakin ölkədə vaksinləmənin yüksək templəri, həmçinin işğal edilmiş ərazilərin bərpası ilə bağlı dövlət xərclərinin və investisiyalarının artım templəri ilə əlaqədar olaraq, faktiki artım templəri bizim proqnozlarımızı üstələyə bilər”, - S.Maykl bildirib.

Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, xüsusən də bu rayonların ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadi artım templərinin bərpasına və yüksəlməsinə öz töhfəsini verəcək.

"Bu özünü regionun potensialında da göstərəcək, belə ki, kommunikasiyaların,nəqliyyat marşrutlarının açılması və ümumilikdə, blokadanın aradan qaldırılması ilə regional inkişafa ziddi təkan veriləcək. Məsələn, Azərbaycanın Türkiyə və digər ölkələrlə ilə birbaşa nəqliyyat əlaqəsi Azərbaycanın logistika mərkəzinə çevrilmək perspektivlərini əhəmiyyətli dərəcədə artıracaq”, - nümayəndəlik rəhbəri qeyd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4%, 2022-ci ildə isə 4,8% artacağını proqnozlaşdırır. COVID-19 məhdudiyyətləri və OPEC+ razılaşmaları çərçivəsində neft hasilatının azalması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol