• $
  • €
  • ₽
  • ₺
  • £

Hakatonun qalibləri elan edildi!

Hakatonun qalibləri elan edildi!
06.07.2021 13:05
Azərbaycan Beynəlxalq Bankının təşkil etdiyi 2-ci ABB Regional Hakatonu başa çatıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən ideya marafonuna həmçinin "Amazon Web Services”, "DAN.IT” və "Next Step” şirkətləri də dəstək olublar. Dünyanın 13 ölkəsindən nümayəndələrin qatıldığı tədbirdə  iştirakçılar  həm fərdi, həm də komandalar şəklində qeydiyyatdan keçiblər. Hakaton onlayn formatda keçirilsə də, arzu edən komandalara ABB İnnovasiya Mərkəzinin ofisində birgə çalışmaq üçün şərait yaradılıb. Komandalar layihələr irəli sürərək müxtəlif ölkələrdən dəvət edilmiş peşəkar mentorların dəstəyi ilə 48 saat ərzində fasiləsiz şəkildə öz layihələrinin prototiplərini hazırlayıblar.

Hakatonun əsas istiqamətləri pərakəndə bankçılıq sahəsini əhatə edib.  Münsiflər Heyətinə innovativ həllərlə bağlı yarımfinala vəsiqə qazanan 10 ən yüksək xal toplamış layihə təqdim olunub. Komandalar layihələrinin prototiplərini onlayn şəkildə nümayiş etdiriblər. Münsiflərin verdikləri ballar əsasında 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşib. Hakatonda 1-ci yeri Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təmsilçilərindən ibarət "MSU_WishMasters” komandası tutub. Onlar "ABB Market” layihəsi ilə qalib olublar. Layihə müştəri loyallığı sisteminin qurulmasını, pərakəndə xidmətlər üzrə müxtəlif analitik alətlərin və həyatı asanlaşdıran digər özəlliklərin veb platformasına köçürülməsini nəzərdə tutur. 2-ci yerə "Access Denied” komandası çıxıb. Bu komandanın irəli sürdüyü "All win” layihəsi riteyl xidmətləri bir araya gətirərək müştəri məmnunluğuna xidmət edir. 3-cü yerin qalibi isə hakatona Cənubi Afrika Respublikasından qatılmış "VimDev” komandası olub. Bu komandanın "One way” adlanan layihəsi ödəniş metodlarının mobil tətbiqə köçürülməsi ilə alış-verişi daha da sadələşdirir. 

Hakatonun şərtlərinə uyğun olaraq 1-ci yerin qalibinə 3000, 2-ci yerin qalibinə 2000, 3-cü yerin qalibinə 1000 manat məbləğində mükafat verilib. 2-ci yerin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xüsusi mükafatına da layiq görülüb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol