• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır

Qazaxıstanın qazma qurğusu Xəzərin Azərbaycan sektorunda işlərə başlayır
10.08.2021 20:00
Qazaxıstanın ilk özüqalxan üzən qazma qurğusu "Satti" Xəzər dənizinə göndərilib.
 
"Anews" xəbər verir ki, bu barədə Qazaxıstanın milli şirkəti "KazMunayGas" məlumat yayıb.
 
Məlumata görə, qazma qurğusu modifikasiya işlərindən sonra Xəzərin Azərbaycan sektorunda qazma işlərinin aparılması üçün dənizə göndərilib. Modifikasiya işlərinin nəticəsində qurğunun yükqaldırma imkanları 453 tondan 680 tonadək artırılıb. Hazırda qurğu 6 000 metrdən artıq quyuların qazılmasını həyata keçirə bilir.
 
"Qazma qurğusu BP şirkətinin operator olduğu "Shallow Water Absheron Peninsula" (Abşeron yarımadası ətrafında dayazsulu sahəsi – SWAP) layihəsi çərçivəsində istismar ediləcək", - məlumatda deyilir.
 
SWAP müqavilə sahəsi daxilində kəşfiyyat qazma işləri üçün üç perspektiv sahə müəyyən edilmişdir və hər bir sahədə bir kəşfiyyat quyusunun (ümumilikdə üç quyunun) qazılması planlaşdırılır. BP şirkətinin planlarına görə, birinci quyu cari ilin üçüncü, ikinci quyu 2021-ci ilin dördüncü, üçüncü quyu isə 2022-ci ilin birinci rübündə qazılacaq. Qazma qrafiki əlavə işlərin aparılması zərurətindən asılı olaraq dəyişə bilər.
 
Ümumiyyətlə, dayazsulu "Abşeron" perspektiv sahəsində qazılacaq 3 kəşfiyyat quyularının dərinliyi 3-4 min metr arasında olacaq, quyular suyun 6-10 metr dərinliyində qazılacaq. SWAP layihəsi üzrə neft ehtiyatlarının olması ehtimal edilir.
 
Bu ilin fevralında Əsas payı SOCAR-a məxsus olan "Caspian Drilling Company" (CDC) şirkəti və Qazaxıstanın "KazMunayGas" milli şirkətinin törəməsi olan "KMG Drilling & Services" arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Satti" qurğusu vasitəsilə quyuların qazılmasına dair müqavilə imzalanıb.

BP və SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında yerləşən dayazsulu ərazilərdə potensial perspektiv strukturların birgə kəşfiyyatı və işlənməsi üçün 2014-cü ilin dekabr ayında Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) imzalayıb. 2015-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi həmin Sazişi ratifikasiya etdi. Sazişə əsasən "BP Exploration (Caspian Sea) Ltd" şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və SOCAR isə qalan 50% paya malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol