• $
  • €
  • ₽
  • ₺
  • £

Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılıb

Abşeron yarımadasının dayazsulu hissəsində ilk kəşfiyyat quyusu qazılıb
18.08.2021 12:24
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və BP tərəfindən avqustun 16-da Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının dayazsulu hissəsinin (SWAP) Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanıldığını elan edilib.

Bu barədə SOCAR və BP tərəfindən yayılan birgə məlumatda deyilir.

Bildirilir ki, quyunun qazılmasında istifadə olunan "Satti” özüqalxan üzən qazma qurğusu avqustun 9-da müvəffəqiyyətlə dənizə yola salınıb. Quyunun dərinliyinin 2,424 metr olması planlaşdırılır. Qazma işlərinin iki ay yarım davam edəcəyi gözlənilir. Quyu haqqında məlumatlar təhlil ediləcək, nəticələr uğurlu olarsa, onları təsdiqləmək üçün qiymətləndirilmə aparılan Layihənin operatoru bp şirkətidir. Hasilatın pay bölgüsü sazişində bp və SOCAR hər biri 50 % paya malikdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: "SOCAR-ın CDC şirkətinin bazasında "KazMunayQaz” şirkətinə məxsus "Satti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsi həyata keçirildikdən sonra Dayazsulu Abşeron yatağında ilk qazma işlərinə start verilməsi sevindirici haldır. Bu, son dövrdə Xəzər regionu dövlətlərinə məxsus şirkətlərin əməkdaşlığının yüksələn xəttlə inkişafını təzahür etdirir. Əminəm ki, SOCAR, BP-Azərbaycan və Qazaxıstanın "KazMunayQaz” şirkəti gələcəkdə də Xəzər dənizindəki layihələrdə əməkdaşlıqlarını müvəffəqiyyətlə davam etdirəcəkdir.”

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons demişdir: "Biz Abşeron yarımadasının dayazsulu sahəsində qazma əməliyyatlarına başlamağımıza sevinirik. Dünyanın digər dayazsulu ərazilərində əməliyyatlar zamanı topladığımız təcrübədən və qabaqcıl texnologiyalardan istifadə etməklə təhlükəsiz və davamlı qazma proqramını təmin etmək üçün böyük hazırlıq görülüb. SWAP ərazisində ilk kəşfiyyat quyusunun təhlükəsiz və effektiv şəkildə təhvil verilməsi üçün SOCAR ilə sıx əməkdaşlıq etməyi düşünürük.”

"Satti” özüqalxan qazma qurğusu Caspian Drilling Company (CDC) şirkəti tərəfindən idarə olunur. Qurğunun SWAP layihəsinə cəlb olunması
haqqında sənəd 2021-ci ilin iyununda imzalanıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol