• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?

Azərbaycanda hansı kriptovalyutaya maraq daha çoxdur?
15.09.2021 14:24
"Pandemiya ilə bağlı olaraq dünyanın demək olar ki, bütün ölkələri onun iqtisadiyyata vurduğu ziyanları neytrallaşdırmaq üçün yumşaldıcı pul- kredit siyasətinə üstünlük veriblər. Bunun nəticəsi olaraq əksər ölkələrin Mərkəzi Bankları faiz dərəcələrini azaldaraq, yumşaq pul-kredit siyasəti nəticəsində dövriyyədə olan pul kütləsinin miqdarını artırıblar".

Bu sözləri  kriptovalyutalarla bağlı danışan "Unicapital İnvestisiya şirkəti” ASC-nin Araşdırmalar və investisiya məsləhəti şöbəsinin müdiri Seymur İbadov deyib.

Seymur İbadov bildirib ki, pandemiya dövründə dünyada və ölkəmizdə kriptovalyutalara maraq artıb:

"Bütün bu baş verən amillər isə öz növbəsində investorları aşağı faizlərin mövcud olduğu bir dönəmdə klassik investisiya alətlərindən kənar, başqa maliyyə alətləri axtarmağa vadar edib. Məhz bu baxımdan pandemiyanın höküm sürdüyü dönəmlərdə demək olar ki, investorlar tərəfindən kriptovalyutalara olan maraq artıb. Bu tendensiya bizim ölkədən də yan keçməyib”.

S.İbadov Azərbaycanda əhalinin ən çox hansı kriptovalyutaya yönəldiyini qeyd edib:

"Qeyd edək ki, kriptovalyutaların sayı yüzlərlə ölçülür və demək olar ki, vaxtaşırı yeni kriptovalyutaların yaradılması barədə informasiyalar alırıq.
Kriptovalyutaların sayının çox olmasına baxmayaraq əsas bir neçə kriptovalyutalar mövcuddur ki, bunlar bu bazarda həlledici məqama malikdir. Belə ki, hazırda kriptovalyutaların bazar dəyəri 2 trilyon ABŞ dollarından artıqdır. İlk növbədə bu tip alətlər arasında ilk rəsmi kriptovalyuta hesab edilən "Bitcoin" qərarlaşıb. İnvestorlar arasında sıralamada məşhurluğuna görə 2-ci yerdə isə "Ethereum" qərarlaşıb. Sonra ilk onluqda bu kriptovalyutalardan sonra "Cardano", "Binance Coin", "XRP,Dogecoin", "Solana", "Polkadot", "Uniswap" qərarlaşıb.

"Bazar dəyərinə görə kriptovalyuta bazarlarında "Bitcoin" və "Ethereum" ümumilikdə bütün bazarın 60%-dən çoxunu təşkil edir”, - deyə S.İbadov əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol