Azərbaycanda daha 5 müəssisəyə Rusiyaya alma ixrac etməyə icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor”) Azərbaycanın daha 5 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.
Bununla da, Azərbaycandan Rusiyaya alma ixrac etməyə icazə verilmiş dən müəssisələrin sayı 70-ə çatıb.
www.anews.az
"Anews.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.
Məlumatda deyilir ki, bu qərar fitosanitar monitorinqinin təhlilinin nəticələrinə əsasən, həmçinin Azərbaycannın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul edilib. Həmin sahibkarlıq subyektləri Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "CTC Holdinq" MMC, Xətai rayonunda fəaliyyət göstərən "Ay Agro" MMC, Quba rayonunda fəaliyyət göstərən "Eа-Fruits" MMC, Saleh Cəfər oğlu Ərəbov və Şaulova Lyudmila İsayevnadır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















