• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu hotellərə ulduz verildi- SİYAHI

Azərbaycanda bu hotellərə ulduz verildi- SİYAHI
30.09.2021 19:21
Azərbaycanda 17 hotelə beynəlxalq standarlara uyğun ulduz dərəcələri verilib, bunu  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.  


"17 hotel uğurla ilk mərhələni keçdi. Hotellərdən 12-si 5, digər 5 otel isə  4 ulduzla təsnif edilib. Hotellər ulduzlarla təsnif edilərkən sərt karantin dönəmində öz qapılarını karantinə alınan qonaqlar üçün açan hotellərə xüsusilə diqqət göstərilib", - deyə o vurğulayıb. 


Fuad Nağıyevin sözlərinə görə, 2015-ci ildə turizm sahəsində lisenziyaların ləğv olunmasından sonra bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlərin səviyyəsi üst-üstə düşmürdü, bəzi hallarda isə ulduzlaşma ümumiyyətlə aparılmamışdı.
 
 
Azərbaycan Hotel Assosiasiyasının rəsmisi Günay Sağlamın sözlərinə görə,  Milli Ulduz Təsnifatı Prosesində iştirak etmək üçün  43 hotel müraciət edib. Ulduz dərəcələrinin verilməsi üçün hotellər Milli standartlar, Avropa Ulduz Təsnifatı Birliyininin (HSU) meyar kataloqu, keyfiyyətin qiymətləndirmə meyarları və qonaq məmnuniyyət indeksi tələblərinə cavab verməlidir. Daha sonra hotelin ulduzla təsnif olunub-olunmaması üçün 5 üzvdən ibarət Şuradan keçirlər.

Təsnifat prosesindən narazı qalan hotel sahiblərinə apelyasiya komissiyasına müraciət etmək imkanı verilir. "Hələlik heç bir hotel bu komissiyaya müraciət etməyib. Təsnifat müddəti 3 illikdir. Amma bu müddət ərzində də hotellər nəzarətdə saxlanılacaq",  -  deyə Günay Sağlam söyləyib. 
 
Deputat Tahir Mirkişilinin sözlərinə görə, turizmin Azərbaycan iqtisadiyyatında payı 4,3% təşkil edir. 
" Pandemiyadan öncə hədəfimiz turizmçilik sahəsinin ölkə daxili payını 5 faizə çatdırmaq, turizm sahəsində çalışanların sayını 25.000 nəfərdən 50.000 nəfərə çatdırmaq idi. Amma COVID-19 infeksiyasının yaratdığı fəsadlar onu göstərdi ki, gözlədiyimiz hədəf özünü doğrulda bilmədi.
Pandemiyadan öncə turizmçilik sektorunun ölkədə payı 12.3 faiz idisə, pandemiya zamanı bu pay 4.3 faizə düşdü",-deyə deputat əlavə edib.
 
5 ulduz dərəcəsinə Ayan Palace (Tovuz rayonunda yerləşir, 65 otağı var); Baku Marriot Bulvar oteli; Faimont Baku Flame  Tower; Four Seasons Hotel Baku; Hilton Baku; Hyatt Regency Baku; İnter Continental Baku (128 otaqlı oteldir); JW Marriot Absheron Baku; Marxal Resort&Spa (Şəki rayonunda yerləşir); Qalaaltı Hotel&Spa (Şabran  rayonunda yerləşir, 171 otaqlıdır), Quba şəhərinin ən böyük hotellərindən biri Quba Palace Hotel (212 otağa sahib olan), Sheraton Baku İntouris hoteli layiq görülüb.
 
Courtyard by Marriot, Baku Dreamland Golf Hotel, Park İnn Radiason Baku Hotel, The Merchant Baku və Vogue Hotelləri də 4 ulduzla təsnif edilib.
 
Samira Ali

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol