• $
  • €
  • ₽
  • ₺
  • £

Dayanacaqlarda Wi-Fi olacaq

Dayanacaqlarda Wi-Fi olacaq
29.05.2020 08:53
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının açılışınadək Azərbaycanda nəqliyyat sahəsində bir sıra layihələrin reallaşdırılması başa çatdırılacaq. Bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "The Business Year" jurnalına müsahibəsində bildirib.Onun sözlərinə görə, sərnişin nəqliyyatının təhlükəsiz istismarının təmin olunması və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları başlayana qədər digər təşkilati məsələlərin həlli üçün yol-nəqliyyat infrastrukturu üzrə fəaliyyət planı təsdiqlənib: "Bu plan avtomobil yollarını, nəqliyyatı intellektual idarəetmə sistemini və dəmiryol şəbəkəsini əhatə edir".Nazir qeyd edib ki, I Avropa Oyunları başlayanadək Tbilisi, Babək və Ziya Bünyadov prospektləri yenidən qurulmalı, Su İdmanı Növləri Sarayına kimi yeni yol salınmalıdır. Bundan başqa, Mikayıl Əliyev küçəsinin metronun "Koroğlu" stansiyasından Babək prospektinə qədər olan hissəsi yenidən qurulmalıdır.Z.Məmmədov bildirib ki, I Avropa Oyunlarının keçiriləcəyi obyektlərə bitişik küçə və prospektlərdəki bütün işlərin 2015-ci il mayın 1-dək başa çatdırılması planlaşdırılır.Nəqliyyatı intellektual idarəetmə sisteminə gəldikdə, nazir deyib ki, 2014-cü il və 2015-ci ilin birinci rübü ərzində Bakının avtobus dayanacaqlarında Wi-Fi sistemləri quraşdırılacaq, gələn nümayəndə heyətlərini daşıyacaq avtobuslar isə GPS sistemləri ilə təchiz olunacaq. Bundan başqa, Heydər Əliyev Beynəlxalq Hava Limanı, yarışların keçiriləcəyi Olimpiya şəhərciyi və obyektləri arasında sərnişindaşıma sistemi təşkil olunacaq.Z.Məmmədov qeyd edib ki, I Avropa Oyunlarının keçirildiyi dövrdə gündüz saatlarında tikinti və yenidənqurma işləri müvəqqəti məhdudlaşdırılacaq, avtobuslar isə gecə saat 2-yə kimi işləyəcək.//Trend
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol