• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni yol nişanları quraşdırılır

Bakıda yeni yol nişanları quraşdırılır
29.05.2020 09:56
Smartfonlar üçün bir sıra yeniliklər tətbiq ediləcək. Boş yerlər barədə sürücülərə məlumat veriləcək. Sürücülər SMS vasitəsilə durma müddətinin limiti və vaxtın uzadılması barədə də məlumatlandırılacaqlar. Bu Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müvəqqəti duracaq yerləri layihəsini çərcivəsində mümkün olacaq. Bundan əlavə Bakıda dayanma, durma və parklanmanın qadağan olunduğu ərazilərdə avtomobillərin evakuasiya ediləcəyi barədə yeni xəbərdaredici yol nişanları da quraşdırılır.Layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək. Bunun üçün isə sürücülər həmin ərazilərdə quraşdırılacaq parkomatlardan istifadə etməli olacaqlar.Qeyd edək ki, mayın 12-dən paytaxtın bir neçə yerində yeni park-terminalların (parkomatların) quraşdırılmasına başlanılıb. Fransadan gətirilmiş xüsusi parkomatlar Bakıda hələlik 5 yerdə - Xəqani küçəsində 2 ədəd, Tolstoy küçəsində, Yusif Məmmədəliyev küçəsində (Fransa səfirliyi) və Qoça qala qapısının qarşısında quraşdırılıb.Parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçirsiniz. Məsələn, 20 dəqiqənin pulunu ödəyirsiniz. Çeki isə avtomobilin arxa şüşəsinə yapışdırırsınız. Bu zaman əməkdaşlar o çekə baxıb durma vaxtının bitib-bitmədiyini müəyyən edirlər.Onu da qeyd edək ki, parkomatlar əsas küçələrdə quraşdırılmayacaq. İlk növbədə avadanlıqların yerləşdiyi yolun eni tələblərə uyğun olmalıdır. Parkomatlarda tariflər 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Parkomatlardan nağd pul, bank və xüsusi kartlar vasitəsilə istifadə etmək mümkündür. Qeyd edək ki, parkomatların enerji təchizatı qurğuda quraşdırılmış günəş panellərinin hesabına ödənilir.//Anspress
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol