• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektron ticarətin həcmi 8 dəfə artıb - RƏSMİ

Azərbaycanda elektron ticarətin həcmi 8  dəfə artıb - RƏSMİ
02.11.2021 15:06
Azərbaycanda 2021-ci ildə "MasterCard" kartlarının sayı 10.4 milyon ədəd, elektron ticarətin həcmi isə 5.3 milyard manata çatıb. 2017-ci ildə "MasterCard" kartlarının sayı 5.8 milyon ədəd, elektron ticarətin həcmi isə 0.6 milyarda manat olub.  bunu "MasterCard"ın Azərbaycandakı nümayəndəsi Erdəm Çakır  mətbuat  konfransında  deyib. 
 
Azərbaycan banklarına məxsus taksit kartlarının Türkiyədə keçərli olması üçün Türkiyə Mərkəzi Bankına müraciət edilib.
 
"Hazırda bununla bağlı Türkiyə Mərkəzi Bankından  cavab gözləyirik. İstəyirik ki, Türkiyəyə səfər edərkən alış-veriş edən, yaxud restoranlarda ödəniş edən və ya Türkiyə saytlarından onlayn məhsul alan Azərbaycan banklarının kart sahibləri taksit imkanlarından istifadə edə bilsinlər. Hazırda bu istiqamətdə işlərimizi davam etdiririk", -  deyə Erdem Çakır əlavə edib. 
 
Onun sözlərinə görə, hazırda Azərbaycanda 4 bankın -   Beynəlxalq Bank, "Kapital Bank", "Unibank" və "Bank Respublika"nın, "MasterCard" sahiblərinin    "Apple Pay" sisteminə qoşula bilər və digər bankların da layihəyəyə qoşulması gözlənilir.
 
Bu gündən kart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə edə bilərlər. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.  
 
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet ("pul kisəsi”) tətbiqinə daxil olub, + ("üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Bank Respublika kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol