Samir Şərifov: "Dünyada qiymətlərin dəyişməsinə heç kim zəmanət verə bilməz"

"Dünyada qiymətlərin dəyişməsinə heç kim zəmanət verə bilməz".
Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.
"Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycana kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”,- S.Şərifov əlavə edib.
"İlkin mərhələdə budcə proqnozlarıda neftin qiyməti aşağı səviyyədə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tarıflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















