• $
  • €
  • ₽
  • ₺
  • £

“Expo 2020 Dubai"-da Azərbaycanın turizm imkanları tanıdılır

“Expo 2020 Dubai"-da Azərbaycanın turizm imkanları tanıdılır
11.11.2021 15:23
Noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Görüşlər Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış "Wego”, Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platformaları olan "DnataTravel” və "Al Rais Travel” , Yaxın Şərqdə aparıcı səyahət və turizm təmsilçiliyi şirkəti sayılan "Gulf Reps”, həmçinin əsası Səudiyyə Ərəbistanında qoyulmuş, Yaxın Şərq bölgəsində ən böyük səyahət və turizm şirkətlərindən olan "Seera Group”-un rəhbər şəxsləri arasında baş tutub.

Görüşlərdə ikitərəfli əməkdaşlıq, tərəfdaşlıq əlaqələrinin inkişaf perspektivləri, ortaq layihələr, həmçinin beynəlxalq səviyyədə kütləvi təbliğat kampaniyaları məsələləri müzakirə olunub.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artımın müşahidə olunduğunu qeyd edərək hədəf bazarları təmsil edən nüfuzlu şirkətlərlə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Həmçinin noyabrın 11-də qeyd olunan şirkətlərin rəhbər şəxsləri və Florian Zenqstşmidin iştirakı ilə "Dayanıqlılıq və texnologiyanın turizmə təsirləri” mövzusunda panel sessiyası keçirilib.

Sessiyada çıxış edən F.Zenqstşmid Azərbaycanın turizm potensialının Yaxın Şərq regionunda tanıdılmasında onlayn platformaların vacib rol oynadığını, bu istiqamətdə fəaliyyətin genişləndirildiyini, müxtəlif təbliğat kampaniyalarına start verildiyini, Azərbaycanın turizm imkanlarının hədəf bazarlar üzrə daha geniş kütlələrə çatdırılması məqsədilə oktyabr ayından etibarən Yaxın Şərq regionu üzrə tanınmış "DnataTravel” və "Wego” turizm şirkətləri ilə əməkdaşlığa başlandığını qeyd edib. 

Sessiyada Azərbaycan və BƏƏ-də turizm destinasiyalarının idarəedilməsi istiqamətində, eləcə də dayanıqlı turizmin inkişaf etdirilməsi üzrə innovativ yanaşma kimi texnologiyanın rolu mövzusunda müzakirələr aparılıb. 

F.Zenqstşmid "EXPO 2020 Dubai” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq müzakirə panelinin mühüm mövzunu əhatə etdiyini, yeni dövrdə texnologiyanın dayanıqlı turizm sənayesinin formalaşmasında əsaslı rol oynadığını vurğulayıb.   

2021-ci ilin oktyabr ayında "Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi keçirilmiş, Azərbaycanın aqro və qastro turizm imkanları təqdim olunmuşdu. 1 oktyabr tarixindən start götürən sərgi 2022-ci ilin 31 mart tarixinədək davam edəcək.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol