• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişdi

Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişdi
12.11.2021 18:19
Nazirlər Kabineti gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarında dəyişiklik edib.
Anews.az  xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir. 

Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir dövrün tələblərinə uyğun olaraq fiziki şəxslər üzərində səmərəli gömrük nəzarətinin həyata keçirilməsi və onlar tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamənin daha dolğun və anlaşılan olması zərurətini yaradıb.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”na əsasən rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə gömrük sərhədindən keçirə bilərlər.
Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bu Qaydaların 1 nömrəli əlavəsi - "Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nda da dəyişiklik edilib.

Göstərilənləri nəzərə alaraq "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10 nömrəli əlavəsinin yeni formada tərtib olunmasına zərurət yaranıb.
Qərarın qəbulu gömrük sərhəd buraxılış məntəqələrində fiziki şəxslər üzərində gömrük nəzarətinin dəqiq aparılması ilə yanaşı, gömrük sərhəd buraxılış məntəqələrində  daha səmərəli və effektiv gömrük işinin təşkilinə müsbət təsirini göstərəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol