• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial şəbəkələrdə satışa çıxarılan məhsulların qiyməti niyə gizlədilir? - FOTO

Sosial şəbəkələrdə satışa çıxarılan məhsulların qiyməti niyə gizlədilir? - FOTO
18.11.2021 14:10
Sosial şəbəkələrdə onlayn satış həyata keçirən sahibkarlar  göstərilən xidmətin ( satılan malın, təklif edilən xidmətin və s.) qiymətini əksər hallarda göstərmir və bu sosial şəbəkə istifadəçilərində narazılıq doğurur.  
 
Aktiv sosial şəbəkə istifadəçisi Leyla Mütəllimova ( şərti ad ) da problemdən əziyyət çəkənlərdəndir. O, bəyəndiyi məhsulla bağlı bütün məlumatları səhifədə görsə də, həmin məhsulun qiyməti üçün səhifənin mesaj bölməsinə təkrar yazmaq məcburiyyətində qaldığını deyir.  
 
"İstər onlayn, istərsə də oflayn alış-veriş etdikdə yalnız bir məhsula baxmırıq. Bəzən saatlarla vitrindəki mallara bəlkə 10 dəfə baxırıq, sonda ya birini bəyənib alırıq, ya da ki, bəyəndiyimiz heç nə olmur. İnternet üzərindən də bu belədir. İndi düşünün, hər bir post üçün səhifəyə yazıb qiymət soruşmaq nə qədər vaxt aparır”, - deyə müsahibimiz əlavə edib. 
 
Məsələ ilə bağlı sosial şəbəkələrdə onlayn satış həyata keçirən sahibkarlardan biri ilə danışıb qiymətin nə üçün göstərilmədiyini soruşduq.  Sahibkar bildirdi ki, bu, bir marketinq strategiyasıdır və belə olduqda səhifənin aktivliyi artır, paylaşılan postların aktuallığı sabit qalır. 
 
"Biz bunu sosial şəbəkə hesabımızın, yəni onlayn satış səhifəmizin aktivliyi üçün edirik. Belə olduqda yazılan şərhlərin sayı artır və paylaşımlar "kəşf et” bölməsinə düşür ki, bu da həmin paylaşımların daha çox istifadəçiyə (bizim halda alıcı) çatmasını təmin edir”.   
 
Elektron Ticarət İctimai Birliyinin üzvü Nicat Manafov da qiymətlərin mütləq yazılmasının tərəfdarıdır.   
 
"Qiymət üçün direktə yaz" qeydi qanun pozuntusudur. İstər internet üzərindən (instagram və s. daxil), istərsə də mağazada mütləq məhsulun adı, növü və qiyməti göstərilməlidir. Qiymətin göstərilməməsi  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları haqqında" 15 aprel 1998-ci il tarixli, 80 nömrəli qərarına zidd davranışdır. Bu hərəkət istehlakçının antiinhisar siyasəti ilə məşğul olan quruma  şikayət hüququ yaradır, nəticədə mağaza cərimələnir. İnternet mağaza sahibləri əsla qiymət göstərmədən malları satışa və ya reklama qoya bilməzlər”, - deyə o bildirir.
 
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, sosial şəbəkə heç kimin özəl mağazası deyil. Sahibkar qiyməti yazıb və ya yazmamaq qərarında azaddır. 
 
"Söhbət hansısa elektron satış platformasından getmir. Sosial şəbəkələrin istifadə təyinatı satış deyil, ünsiyyətdir. Sahibkarın qiyməti hansı formada yazıb-yazmamağı isə onun şəxsi qərarıdır”, - deyə hüquqşünas vurğulayıb. 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bunun qanun pozuntusu olduğunu bildirir. 

"Nazirlər Kabinetinin 94 nömrəli qərarında qeyd olunur ki, bütün malların üzərində - söhbət klassik satışdan gedir – maddi məsul şəxsin imzası olmaqla rəsmi qiymət sənədi olmalıdır və bu, azərbaycan dilində yazılmalıdır.  Burada sosial şəbəkə hesabının xüsusi qeyd edilməməsi qanunda çox sayda boşluqların olmasından irəli gəlir. İstehlakçının mal haqqında əvvəlcədən məlumat almaq hüququ var. Bu, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun pozulmasıdır”. 
 
Qanunda boşluğun olmasına baxmayaraq AİB sədri düşünür ki, özünə hörmət edən və istehlakçını aldatmaq niyyəti güdməyən satıcı istehlakçını qiymət barədə məlumatlandırmalıdır. 

Nicat Dilqəmli 
 
www.anews.az 


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol