• $
  • €
  • ₽
  • ₺
  • £

“Volkswagen” elektromobil istehsalını DAYANDIRDI

“Volkswagen” elektromobil istehsalını DAYANDIRDI
18.11.2021 22:00
Almaniyanın avtomobil nəhəngi "Volkswagen” çip çatışmazlığına görə ilk dəfə elektromobil istehsalını dayandırıb.
 
Anews.az xarici mətbuata istinadən xəbər verir ki, "VW ID.3”, "VW ID.4”, "Audi Q4 e-tron” və "Cupra Born” modellərinin istehsalı bir həftəlik dayanıb. Bunun nəticəsində 5 min ədəd az avtomobil istehsal ediləcək.
 
Buna kimi şirkət daxili yanacaq mühərrikli "Golf” və "Tiguan” avtomobillərinin istehsalını dayandırsa da elektromobil istehsalının elektron hissəslərə təchizatına prioritet verilirdi. Buna görə Tsvikkau və Drezdendəki istehsal xətləri fasiləsiz olaraq işə davam edirdi.
 
Qlobal çip çatışmazlığından ən böyük zərbəni avtomobil sənayesi alıb. "Volkswagen” bu ilin nəticələrinə görə avtomobil istehsalının 6,2 % azalacağını proqnozlaşdırır. Eyni dövrdə "Ford”un istehsalı 700 min ədəd, "Stellantis”in – 600 min ədəd, "Renault”un – 500 min ədəd, "Toyota”nın- 300 min ədəd azalacağı gözlənilir. "AlixPartners” konsaltinq şirkətinin proqnozuna görə bu il avtomobil istehsalı 7,7 milyon ədəd azalacaq. Avtomobil sənayesinin bununla əlaqədar olaraq itkiləri 210 milyard ABŞ dolları olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol