• $
  • €
  • ₽
  • ₺
  • £

Faydalı qazıntı yataqları istifadəyə verilib

Faydalı qazıntı yataqları istifadəyə verilib
08.12.2021 15:56
Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır.İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac dekabrın 6-da baş tutub. Hərracda Xızı rayonunda yerləşən "Sitalçay” qum-çınqıl yatağının, "Yeni Yaşma I” qum yatağının müvafiq olaraq 76 hektar və 5,5 hektar sahəsi, Ağsu rayonunun "Sulutçay” qum-çınqıl yatağının 20 hektar sahəsi, Göygöl rayonunun "Üçtəpə-Qızılqaya” qranit yatağının 2,14 hektar sahəsi, Salyan rayonunun "Salyan” gil yatağının 5 hektar sahəsi istifadəyə verilib.

"Sitalçay” qum-çınqıl yatağının LOT-2 və LOT-3 üzrə hərracı rəqabətli keçib. Başlanğıc qiyməti 42 min manat olan LOT-2 üzrə edilən son təklif 65,7 min manat olub. Başlanğıc qiyməti 42 min manat olan LOT-3 üzrə edilən ən son təklif 65,8 min manatadək yüksəlib.
"Sitalçay” qum-çınqıl yatağının LOT-2, LOT-3, LOT-4, LOT-5 üzrə qalibi "17 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC, LOT-6 üzrə isə "MSDİS HOLDİNG" MMC olub.

"Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC, "Üçtəpə-Qızılqaya” qranit yatağı üzrə qalib "NB SERAMİC" MMC,” Yeni Yaşma I” qum yatağı üzrə qalib "KLV" MMC, "Salyan” gil yatağı üzrə keçirilən hərracın qalibi isə "AZƏRİÇİN TMİ" MMC olub.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraclar 9, 14 və 24 dekabr tarixlərində keçiriləcək. Hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və başlanğıc qiymətin 10 %-i miqdarında behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
Yer təkinin istifadəsi ilə bağlı cari ildən keçirilməyə başlayan hərraclarda 16 faydalı qazıntı yatağı istismara verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol