• $
  • €
  • ₽
  • ₺
  • £

SWIFT-siz qalmaq Rusiya üçün nə deməkdir?

SWIFT-siz qalmaq Rusiya üçün nə deməkdir?
27.02.2022 07:22
Avropa İttifaqı, ABŞ, Böyük Britaniya və Kanada liderləri Rusiya banklarının SWIFT sistemindən ayrılması və Rusiya Mərkəzi Bankının valyuta ehtiyatlarına qarşı sanksiyaların tətbiqi barədə qərarını rəsmən elan edib.


Bəs görəsən SWIFT nədir? 

SWIFT - faktiki olaraq bütün dünya maliyyəçilərinə ödəniş tapşırıqları ilə mübadilə aparmağa imkan verən  sistemdir. 

Bunu anlamaq üçün çox sadə məişət xarakterli analoqiya aparaq. Nənənizlə  Viber, qonşunuzla  WhatsApp, dostlarınızla  Telegram, həmkarlarınızla   Slack vasitəsilə danışmaqdansa  bir sınanmış rabitə kanalından istifadə etmək daha yaxşı olmazmı? Baxın banklar üçün bu kanal SWIFT-dir.

Bu sadəcə ödəniş sistemi deyil, həmçinin pul köçürmələri barədə ödəniş tapşırıqlarını yerinə yetirməyə imkan verən  əsas və yeganə universal sistemdir. Bu sistem Yer kürəsində yerləşən 11 min maliyyə və qeyri maliyyə təşkilatları arasında  pul mübadiləsini təmin edir. Bir ildə SWIFT ilə 5 milyard  informasiya mübadiləsi aparılır. 

Amma ABŞ-dan tutmuş Rusiyaya kimi ayrı-ayrı ölkələrin banklarının banklararası şəxsi daxili kommunikasiya sistemləri də  var. Buna baxmayaraq, rahat olduğu üçün hətta o ölkələr belə SWIFT-dən istifadə etməyə üstünlük verir. Xarici valyutada olan bütün ödəniş tapşırıqları bu sistem vasitəsilə reallaşdırılır. 


BBC-nin iqtisadi məsələlər üzrə eksperti Aleksey Kalmıkov bildirir ki, SWIFT-dən ayırmaqla qərb Rusiyanın daxili rabitə kanallarının işini durdurmayacaq. SWIFT 1973-cü ildə telefon, poct və teleksi əvəzlədi, amma o vaxtdan telekommunikasiya  sahəsində faks və e-mai-dən blokçeynə qədər böyük inkişaf mərhələsi baş verib. 


SWIFT-dən ayırma Rusiya banklarına nə kimi təhlükə yaradacaq? 



Bu suala cavab verən Kalmıkov deyir ki, Rusiya banklarının SWIFT-siz qalması  banklara gedən  beynəlxalq telefon xətlərinin və internet kabellərin kəsilməsinə bərabərdir. Əlbəttə onların kəsilməsi müəyyən rahatsızlıq yaradacaq , amma dünyanın axırı demək deyil. İnternet və ya telefon olmasa informasiyanı məktub və ya faksla da göndərmək olar. Sadəcə bu çox vaxt aparacaq və baha başa gələcək. 


SWIFT-dən ayırmanın Rusiya üçün yaradacağı birinci problem odur ki, maliyyə axınları daha uzun müddətə həyata keçiriləcək,  bu səbəbdən biznes və iqtisadiyyata ciddi zərbə dəyəcək. 


İkinci problem reputasiya ilə bağlı olacaq.  İndiyə kimi ancaq  İran və Şimali Koreya SWIFT-siz qalmışdı. Rusiya bu ölkələrlə bir sıraya düşdükdə  bir çox qərb bankları Rusiya biznesi və dövləti ilə  əməkdaşlıqdan imtina etməyə məcbur olacaq. 


SWIFT ilə əlaqə kəsilsə sıravi Rusiyalılar Rusiya daxilində kartlarla ödəniş edə , valyuta hesabı aça biləcəklərmi? 

 
Kalmıkov bildirir ki, düzünü desək rusiyalılar bəli ödənişlər edə və valyuta hesabları aça biləcəklər. Çünki ruslar öz aralarında ancaq rublla ödəniş aparırlar. 


Ödəniş kartları ilə də analoji vəziyyət yaşanacaq. Visa və MasterCard kimi beynəlxalq liderlər hələ 2015-ci ildə  Rusiya daxilində prosesinq və klirinq ödənişlərini Rusiyaya köçürüblər. Həmçinin, Rusiyanın "Mir" milli  ödəniş sistemi var.


Qaldı ki, xarici valyutada olan hesablara, Rusiyada SWIFT söndürülsə belə əmanətçilər heç də pullarını rubla konvertasiya etməyə məcbur olmayacaqlar. Çünki SWIFT sadəcə Rusiya banklarının  xarici banklarda  dollar, avro, funt və yuanda olan  müxbir hesablarına ödəniş tapşırıqları göndərməkdən başqa bir  funksiyaya malik deyil. SWIFT-in texniki olaraq söndürülməsi sadəcə ödəniş tapşırıqları ilə mübadiləni məhdudlaşdıracaq. 

ABŞ və Avropa Birliyi həqiqətən rusiyalıları dollar və avrodan məhrum etmək istəyirsə bunun ən yaxşı yolu SWIFT-i söndürməkdənsə, Rusiya bankları və şirkətlərinə qarşı sanksiya qoymaqdır. Bu, onlara qərb banklarında müxbir hesabları açmağa  və valyuta əməliyyatları aparmağa imkan verməyəcək, - deyə ekspert vurğulayır.
 
Ləman Qasımova 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol