• $
  • €
  • ₽
  • ₺
  • £

Brent markalı neft $140 oldu, Rusiya neftinin qiyməti dəyişmir

Brent markalı  neft $140 oldu, Rusiya neftinin qiyməti dəyişmir
07.03.2022 09:17
Yeni iş həftəsi başlayan kimi Ukraynaya hücum səbəbindən sanksiyalara məruz qalmış Rusiyada hasil olunan  bütün faydalı qazıntıların, o cümlədən neftin qiyməti bahalaşıb. 


Keçən həftə neftin qiyməti 20% bahalaşmışdısa, bazar ertəsi birjaların açılması ilə Brent markalı neftin qiyməti bir barrel üçün  140 dollara kimi bahalaşdı. Bu, neftin qiymətinin rekord həddə çatdığı  2008-ci ilin iyulundan bir qədər azdır. Düzdür bir neçə saatdan sonra qiymət 125 dollara düşüb. Amma bu göstərici də  keçən həftənin son rəqəmindən 7% çoxdur. 


Qiymətlərin artımı həm də Qərb ölkələrinin Rusiya neftinə embarqo qoymaq istəyi ilə  bağlıdır. 


Rusiya Səudiyyə Ərəbistanından və ABŞ-dan sonra  dünya bazarına ən çox neft çıxaran  üçüncü ölkədir. Bu ölkə  günə 11 vilyon barrel  neft hasil edir ki, bunun da 5 milyon barreli  ixrac olunur. Rusiyadan ixrac olunan neft məhsullarının gündəlik həcmi isə 2 milyon barrel təşkil edir. Bunun təxminən yarısı Asiya ölkələrinə ixrac edilir. 


Embarqonun tətbiq edilməsinin təşəbbüskarı ABŞ-dır. ABŞ nümayəndə heyəti bu məqsədlə Venesuellaya səfər edib. 


Hazırda ABŞ  Rusiyadan bir o qədər də çox neft almır. Amma Avropa ciddi şəkildə Rusiya neftindən asılıdır.  Bəlkə o səbəbdəndir ki, ABŞ_dan fərqli olaraq Avropa İttifaqı Rusiya neftinə embarqo qoyulması barədə hələlik danışmır. 


Rusiya əsasən Urals sortlu neft hasil edir. Bu neft Brent markalı neftdən  tərkibində kükürd olduğu üçün daha keyfiyyətsizdir. Rusiya neftinin qiyməti isə  bazarda ucuz olaraq qalır. Buna səbəb Rusiyanın Ukraynaya hücumundnan sonra  bazarda ona tələbatın aşağı düməsidir. 


Bostonda "Rusiya neftini almağı durdurun!" şüarı altında etiraz aksiyaları keçirilib. 
 


Neftdən  başqa faydalı qazıntıların da qiyməti artıb. Məsələn keçən həftənin sonu ilə müqayisədə nikel 19%, aliminium 15%, sink 12%, mis isə 8% bahalaşıb. 


Treuderlərin fikrincə, yeni həftə bazar iştirakçılarına yeni rekordlar söz verir. Belə ki, aliminiumun qiyməti  artıq bir 1 ton üçün  4 min dollar təşkil edir. 


Dünyada aliminiumun 6%-i, nikelin 7% və misin 3,5%-i Rusiyada hasil edilir. 


N.Təbrizli 





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol