• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb

Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb
25.03.2022 23:30
Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabrında istismara veriləcək. Bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib.

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.

Hazırda Bolqarıstan daxili qaz istehlakının demək olar hamısını Rusiyanın "Qazprom” şirkətindən idxal hesabına qarşılayır. Boru kəməri Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın son siyasətində əsas prioritet olan Rusiya qazından asılılığa son qoymaq üzrə bərpa olunan səylərə uyğun gəlir.

Öncədən 220 milyon avro dəyərindəki Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) 2020-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin layihə son illərdə bir sıra inzibati maneələrlə üzləşdi və nəticədə uzun müddət gecikmə oldu.

Bolqarıstanın Baş naziri Yunanıstanın Komotini şəhərində tikinti sahəsi ilə tanış olduqdan sonra "İyun bizim üçün çox vacib olan bu layihənin başa çatması üçün son tarix olacaq” deyib.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, "Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. "EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol