• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya səhm bazarı 2,15% ucuzlaşmadan sonra bağlanıb

Rusiya səhm bazarı 2,15% ucuzlaşmadan sonra bağlanıb
28.03.2022 23:22
Ukrayna ilə müharibə başlayandan bu yana Moskva birjasında keçirilən ilk  tam iş günü uğursuzluqla nəticələnib.  Moskva birjasının indeksi 2%-dən çox ucuzlaşıb.


Fevralın 28-dən Moskva birjasında ticarət əməliyyatları dayandırılıb. Buna  Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və ölkəyə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində  rus qiymətli kağızlarının sürətlə ucuzlaşması səbəb olub. 


Ötən həftə Mərkəzi Bank tədricən birjanın işini bərpa etməyə başladı, lakin satışa məhdud sayda qiymətli kağızlar buraxıldı. Bunlar əsasən böyük şirkətlərin səhmləri  idi. 


Martın 28-də isə daha çox sayda şirkətlərin  səhmləri bazara çıxarıldı, həmçinin  də müxtəlif istiqrazların alqı-satqısı təşkil edildi.  Səhər fond birjasında ucuzlaşma  müşahidə olunsa da, sonra yavaş-yavaş qiymətlər tarazlaşdı .Phos Agro kimi sanksiyalara məruz qalmayan şirkətlərin səhmləri hətta bahalaşdı.


Aeroflot-un  səhmləri də bahalaşıb, lakin bu, şirkətin səhmlərinin ötən həftə kəskin ucuzlaşması ilə bağlı olub.   Amma bəzi şirkətlərin  səhmləri çox kəskin ucuzlaşıb.  Məsələn, Severstal-ın qiymətli kağızları demək olar ki, 10% düşüb. Keçən həftə şirkət ödənişlərin dondurulması səbəbindən istiqrazlar üzrə kupon ödənişini gecikdirib. "The Wall Street Journal” mənbələrə istinadən yazır ki, Avropa İttifaqının sanksiyaları səbəbindən  Severstal gəlirlərinin üçdə birini itirib.


Ötən həftə Rusiya bazarları böyüyürdü. Əvvəlcə analitiklər bunu bazara vahid iri alıcının, ucuzlaşmış səhmləri alan Maliyyə Nazirliyinin daxil olması ilə izah edirdilər.  Daha sonra analitiklər başa düşdülər ki, bu sanksiyalar altına düşməyən şirkətlərin səhmlərinə fiziki şəxslərin tələbatının artması ilə bağlı olub.  Amma bazar ertəsi birjada müşahidə olunan artım dayandı və ucuzlaşma  müşahidə olundu. 


Bu arada rubl dollar və avro qarşısında möhkəmlənməkdə davam edir. Dollar 3,7 rubl ucuzlaşaraq  93,68 rubla, avro isə təxminən 3 rubl ucuzlaşaraq 102 rubla düşüb. Rublun məzənnəsini Mərkəzi Bank  intervensiyalar hesabına saxlayırdı. Amma Mərkəzi Bankın  ehtiyatları dondurulduqdan sonra o, bunu etmək qabiliyyətini itirdi və hökumət ixracatçılara valyuta gəlirlərini satmağı əmr etdi. Bu da rublu sürətli ucuzlaşmadan qorudu. 


N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol