• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “Teknofest”in tərəfdaşıdır

ABB “Teknofest”in tərəfdaşıdır
28.03.2022 14:24
Mayın 26-29-da Azərbaycanda keçiriləcək "Teknofest” Festivalında ABB tərəfdaş qismində iştirak edəcək. Bank Festival çərçivəsində təşkil olunacaq "TAKE OFF BAKU” startap sammitinin təşkilatçılarındandır. ABB özünün İnnovasiya Mərkəzinin imkanlarından faydalanaraq qlobal bazarlara çıxış potensialına malik startapları cəlb edəcək. Yerli və əcnəbi mentorların iştirakına kömək göstərəcək. Həmçinin xarici ölkələrdən investorların və vençur fondların cəlbinə dəstək verəcək. 
 
"Teknofest” Festivalı 2018-ci ildən keçirilir. Festivalın təşkilatçıları Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və "Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfıdır (T3 Vakfı). Türkiyənin 60-dan çox dövlət qurumu, ali məktəbi, özəl şirkəti bu tədbirin tərəfdaşıdır. "Teknofest”in məqsədi gənclərə, tələbələrə, məktəblilərə, startaplara və sahibkarlara geniş fürsətlər yaratmaqdır. Müsabiqədə ilk 3 yeri qazanan startaplar üçün 15.000 USD, 10.000 USD və 5.000 USD dəyərində maliyyə dəstəyi təqdim olunacaq.
 
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu tədbirə ilk dəfədir ki, ev sahibliyi edir. Festival Baku Crystall Hall və Dənizkənarı Milli Parkda keçiriləcək. Yarışlarda yuxarı sinif şagirdləri, tələbələr, startaplar və sahibkarlar iştirak edə bilərlər. Festival haqqında daha ətraflı məlumatı buradan, "TAKE OFF BAKU” startap sammiti haqqında məlumatları isə buradan əldə etmək və müsabiqələrə qoşulmaq olar. 
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol