• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi: “Qiymətlər düşəcək”

Nazirlik rəsmisi: “Qiymətlər düşəcək”
29.05.2020 03:54
Keçən il Azərbaycanda 2 milyon yarımdan çox turist gəlib. Bu barədə "Sosium" verilişinin qonağı olan Mədəniyyət və Turizm Nazirliyinin təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan bu il ölkəyə gələcək turistlərin sayını artırmaq üçün geniş təbliğat kampaniyasına başlayıb: "Dünyanın ən məşhur kanallarında - CNN, Euronews kimi əhatə dairəsi olduqca böyük olan kanallarda ölkəmizlə bağlı reklam çarxları gedir. Artıq bir çox xarici telekanallarından Azərbaycanın təbliği ilə bağlı təkliflər gəlir. Bundan əlavə il ərzində bir neçə turizm sərgisində iştirak edirik. Çalışırıq turizm inkişaf etmiş ölkələrdə, Avropada təşkil olunan böyük turizm  sərgilərində yer tutaq. Ehtimal var ki, bu il Azərbaycana daha çox turist gələcək". Turizm sektorunu inkişaf etdirmək üçün bir neçə ölkədən Azərbaycana press-turların təşkilinə başlandığını deyən Vüqar Şixəmmədov bildirib ki, nazirlik əcnəbi jurnalistlər vasitəsi ilə təbliğat kampaniyalarını genişləndirməyə çalışır. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı dəstəyi ilə Bakıda "Sity Sightseeng Baku" Şirkətinin təşkil etdiyi səyahət turlarının da müsbət nəticə verdiyini deyən sektor müdiri bildirib ki, hələlik avtobuslar "test-drayv" sistemində çalışır: "Səyahət etmək istəyənlər avtobusa daxil olduqda onlara qulaqcıqlar paylanacaq və istədikləri dildə kanalı seçib, məlumat əldə edə biləcəklər. Hal hazırda qiymətlər böyüklər üçün 10 manat, uşaqlar üçün isə 5 manatdır. Bunu təşkil edən şirkət dünyanın bir çox inkişaf etmiş şəhərində fəaliyyət göstərir. Ən ucuz qiymətlər bizdədir". İnkişafla bərabər hələ də mövcud olan problemlərə və ən əsası qiymətlərin baha olması məsələsinə münasibət bildirən nazirlik rəsmisi vurğulayıb ki, əsas problem rəqabətliliyin aşağı olmasıdır: "Bu da zamanla düzələcək. Bunun üçün bizə vaxt lazımdır. Problemin kökü idarəçilərin siyasətindədir. Düzdür, bəzi yerlərdə qiymətlər bahadır. Çalışırıq rəqabətlilik artsın. Çünki bizim başqa cür təsir imkanlarımız yoxdur. Heç bir dövlət qurumu sahibkarlara qiymət baxımından təsir imkanına malik deyil". Bu il qış turizmi gözlənildiyindən daha yaxşı nəticə verib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qış turizmində də rəqabətliliyə ciddi ehtiyac var: "Yeni planlar var, biz qış turizm obyektlərinin, otellərin sayının artırılmasına çalışırıq. Yaradılan şəraitə söz ola bilməz. Qiymət məsələsi də zamanla qaydasına düşəcək. Otellərin sayı artdıqca, qiymət problemi də olmayacaq. O ki, qaldı Türkiyə və ya başqa ölkələrlə Azərbaycanı müqayisə etməyə, bu, düzgün deyil. Türkiyə turizm sahəsində artıq dünyada öz sözünü deyib, dövlət büdcəsinə turizm gəlirlərinin təsiri böyükdür. İldən-ilə bizdə də vəziyyət düzəlir. Əgər hər il ölkəyə gələn turistlərin sayı artırsa, deməli, inkişaf var".//APAtv
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol