• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? - ARAŞDIRMA

Azərbaycanda hansı banklar Rusiyadan pul köçürmələrini qəbul edir? - ARAŞDIRMA
13.05.2022 16:00
Ukrayna-Rusiya münaqişəsindən sonra tətbiq edilən sanksiyalar səbəbindən Rusiya ilə Azərbaycan arasında sürətli pul köçürmələrində məhdudiyyətlər yaranıb. Bəzi pul köçürmə sistemlərinin rublla köçürmələri dayandırması Azərbaycan banklarının bu istiqamətdə fəaliyyətinə mənfi təsir edib.

Son bir ayda Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i rublla, 7 bank isə dollarla köçürmələri dayandırıb. 3 bank ("Muğanbank”, "Accessbank” və "Yapi Kredi Bank Azərbaycan”) vasitəsilə Rusiyadan sürətli pul köçürmələri tamamilə dondurulub.

Ölkədə 9 bank Rusiyadan dollar köçürmələrini, 7 bank isə rubl köçürmələrini manata konvertasiya olunmaqla müştərilərinə təqdim edir. "Bank Respublika” 3500 dollardan, "Bank Avrasiya” isə 2000 dollardan yuxarı köçürmələri manata konvertasiya edir.

"Bank BTB”, "Yelo Bank" və "Expressbank”dan bildirilib ki, dollarla köçürmələr kassadakı məbləğdən aslı olaraq dollar və ya manata konvertasiya olunmaqla təqdim edilir.

"Azər-Türk Bank”dan isə bildirilib ki, sürətli pul köçürmələri yalnız Şirvan və Naxçıvan filialları üzrə aparılır. Bank Rusiyadan həm dollar, həm rubl üzrə pul köçürmələrini qəbul edir, amma Azərbaycandan Rusiyaya dollar üzrə köçürmələr dayandırılıb.
 

Banklar

Dollarla

Rublla

BANK VTB (AZƏRBAYCAN) ASC

-

AZN ekv.

BANK "BTB” ASC

$ və ya AZN ekv.

-

"PREMİUM BANK” ASC

+

-

"NAXÇIVANBAK” ASC

+

-

"GÜNAYBANK" ASC

-

AZN ekv.

"EXPRESSBANK” ASC

$ və ya AZN ekv.

-

"BANK RESPUBLİKA” ASC

3500+ AZN ekv.

AZN.ekv.

"BANK OF BAKU” ASC

+

-

"BANK AVRASİYA” ASC

2000 dollar (AZN ekv.)

-

"AZƏR-TÜRK BANK” ASC

Naxçıvan və Şirvan filialları /-

+

"AZƏRBAYCAN SƏNAYƏ BANKI” ASC

AZN ekv.

AZN ekv.

"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC

+

+

"AFB BANK” ASC

AZN ekv.

AZN.ekv.

"ACCESSBANK” QSC

-

-

"YELO BANK" ASC

$ və ya AZN ekv.

-

"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC

-

-

"XALQ BANK" ASC

AZN ekv.

-

"UNİBANK" ASC

-

AZN ekv.

"TURANBANK" ASC

+

+

"RABİTƏBANK" ASC

AZN ekv.

AZN ekv.

"MUĞANBANK" ASC

-

-

"KAPİTAL BANK" ASC

-

+

PAKİSTAN MİLLİ BANKININ BAKI FİLİALI

Xidmət göstərilmir

MELLİ İRAN BANKI BAKI FİLİALI

Xidmət göstərilmir

"PAŞA BANK" ASC

Xidmət göstərilmir

"ZİRAAT BANK AZƏRBAYCAN” ASC

Xidmət göstərilmir

(apa.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol