• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya Bankının regional direktorları Bakıya gələcək

Dünya Bankının regional direktorları Bakıya gələcək
31.05.2022 14:20
Dünya Bankının Bərabər İnkişaf, maliyyə və institutlar üzrə regional direktoru Lalita Murti (Lalita Moorty) və qurumun Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus sabah Bakıya gələcək.

Səfər iyunun 3-dək davam edəcək.

Səfərdə əsas məqsəd yeni hazırlanmış Azərbaycan üzrə tədqiqatın - Ölkə üzrə İqtisadi Memorandumun tərəfdaşlara və ictimaiyyətə təqdim edilməsidir.
Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Bank Azərbaycanda bir çox milli inkişaf prioritetlərini - insan kapitalının inkişafı, infrastruktura, ictimai xidmətlərə və iş yerlərinə çıxışın genişləndirilməsi, kənd təsərrüfatının rəqabət qabiliyyətinə və kənd yerlərinin inkişafına sərmayə qoyulması, məcburi köçkünlərə dəstəyi və s. əhatə edən və ümumi dəyəri 4,4 milyard ABŞ dollarından artıq olan 50-dən çox layihəni maliyyələşdirib.

Hazırda DB-nin Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir. (report.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol