• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb

Azərbaycan vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb
06.07.2022 13:00
Azərbaycan bu günə kimi vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb və onlardan 55-ni ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər təşkil edir, bunu Azərbaycanın  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi  Orxan Musayev bildirib.

Onun sözlərinə görə, hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür.
 
"Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 12 ikitərəfli və 5 çoxtərəfli, "Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında” 9 ikitərəfli və 1 çoxtərəfli, "Əməkdaşlıq haqqında” 9 ikitərəfli və "Məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında” 3 ikitərəfli müqavilələr imzalanıb.
 
Cari ilin iyulun 2-də Azərbaycan və Hindistan arasında da gəlirlərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsinin açıq qalan maddələri üzrə danışıqlar aparılıb.
 
2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin yeni strukturu təsdiq edilib. Baş idarənin tərkibində 4 şöbə fəaliyyət göstərir: Beynəlxalq əlaqələr şöbəsi, Beynəlxalq vergitutma şöbəsi, Beynəlxalq məlumat mübadiləsi və vergi monitorinqi şöbəsi və Transfer qiymətləri və elektron ticarətə nəzarət şöbəsi. Baş idarənin əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq təşkilatlar və xarici vergi administrasiyaları ilə vergi sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın həyata keçirilməsidir.

Dövlət Vergi Xidməti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (İOTA), Fiskal Sənədləşmə üzrə Beynəlxalq Büro (İBFD), Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatlarla vergi sahəsində  əməkdaşlıq edir.

Ləman Qasımova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol