• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan qeyri-neft sektorunda ixrac artıb

Azərbaycan qeyri-neft sektorunda ixrac artıb
09.08.2022 12:11
2022-ci ilin yanvar-iyulunda ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 24,2% artıb. Bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. 
 
"2022-ci ilin yanvar-iyulunda Azərbaycanın ümumi ixracı $22,6 milyard,qeyri-neft sektoru üzrə ixrac $1,7 milyard  təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin yeddi ayı ilə müqayisədə 24,2% artıb", - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin çərşənbə axşamı yayımladığı hesabatda deyilir.
 
2022-ci ilin yanvar-iyulunda meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% artaraq $376,9 milyon təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 3,6 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 99%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28,1%, pambıq lifi ixracı 5,4%, çay ixracı isə 57,2%, artıb.
   
Hesabata görə, 2022-ci ilin iyulunda ixrac $4,1 milyard təşkil edib.
 
2022-ci ilin iyulunda Azərbaycanda  ixrac 4,1 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə cari ilin iyulunda ötən ilin iyulu ilə müqayisədə ixracda artım 17,2% təşkil etməklə $224,6 milyon olub. 2022-ci ilin iyulunda  ötən ilin eyni ayı ilə  müqayisədə yeyinti məhsulları üzrə ixrac 43,7% artaraq $61,7 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 9,5% artaraq $162,9 milyon təşkil edib.

 
Sadiq Cavadov

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol