• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan 114 ölkəyə məhsul ixrac olunub

Azərbaycandan 114 ölkəyə məhsul ixrac olunub
12.09.2022 15:59
2022-ci ilin yanvar-iyulunda Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyulunda ölkənin xarici ticarət dövriyyəsi 30653,2 milyon ABŞ dolları təşkil edib.
 
Ticarət dövriyyəsinin 23159,4 milyon dollarını və ya 75,6 %-ni ölkədən ixrac olunmuş məhsulların, 7493,8 milyon dollarını (24,4 %-ni) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 15665,6 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2021-ci ilin yanvar-iyulu ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7%, real ifadədə isə 7,2% artıb.
 
İxrac real ifadədə 12,3 faiz artmış, idxal isə 2,3 faiz azalıb.
 
2022-ci ilin yanvar-iyulunda qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 24,2%, real ifadədə 11,4% artaraq 1682,0 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,8 faizi İtaliya, 11,2 faizi Türkiyə, 6,2 faizi Rusiya, 3,9 faizi Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 3,0 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yunanıstan, 2,0 faizi Almaniya, hər biri 1,7 faiz olmaqla Çexiya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Gürcüstan, İspaniya və Ukrayna, 1,5 faizi Portuqaliya, hər biri 1,2 faiz olmaqla İsveçrə və Qazaxıstan, hər biri 1,1 faiz olmaqla Tunis və ABŞ, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
 
Ləman

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol