• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin sponsorudur

ABB “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin  sponsorudur
12.09.2022 17:13
21 - 24 sentyabr 2022-ci ildə Şuşada "Shusha Chess 2022” beynəlxalq şahmat turniri keçiriləcək. Turnirin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir. SOCAR-ın baş sponsorluğu ilə keçirilən tədbirə ABB və "Azərxalça” da dəstək verir.

Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilən ilk beynəlxalq şahmat turniridir. Tədbir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olub. "Shusha Chess 2022” beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.

"Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə sponsor dəstəyi ABB-nin müxtəlif istiqamətlərdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrinin davamıdır. Bu cür layihələrdə iştirakı ilə ABB ölkəmizdə fiziki və intellektual idman növlərinin kütləviləşməsinə, istedadlarımızın dəstəklənməsinə, cəmiyyətimizin gələcəyinə töhfə verməyə çalışır.   
  
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol