• $
  • €
  • ₽
  • ₺
  • £

ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü!

ABB mobile istifadəçilərinin sayı 1 milyonu ötdü!
21.09.2022 22:00
ABB-nin mobil bank əlavəsi olan ABB mobile tətbiqindən istifadə edənlərin sayı 1 milyonu ötüb. Tətbiqin 1 milyonuncu istifadəçisi 54 yaşlı Əzət Hacıyevaya ABB-nin hədiyyəsi təqdim olunub.
 
Əzət Hacıyeva Bakıdakı idman klublarından birinin əməkdaşıdır. İki övladı, iki nəvəsi var. ABB mobile tətbiqini Bankın Nizami filialında olarkən bank əməkdaşının tövsiyəsi ilə yükləyib. Bir neçə dəfə istifadə edəndən sonra onun əksər bank xidmətlərindən yararlanmaq üçün nə qədər rahat olduğunu görüb. Əzət Hacıyeva ABB mobile tətbiqindən istifadəni hamıya məsləhət görür: "Ətrafımda çoxları ABB mobile-dən istifadə edirdilər. Onun imkanlarından danışırdılar. Maraqlı idi, amma nə gizlədim, mənə bir az çətin gəlirdi. İndi isə görürəm ki, nə qədər sadə və rahatmış. Adam hər yaşda belə faydalı yeniliklərə öyrəşməlidir”.
 
Təxminən iki il əvvəl istifadəyə verilmiş ABB mobile tətbiqi mütəmadi olaraq təkmilləşdirilir. Ona yeni funksiyalar, imkanlar əlavə edilir. Bu tətbiq vasitəsilə cəmi bir neçə toxunuşla bir çox ödənişləri (dövlət ödənişləri, kommunal, mobil rabitə, internet, televiziya və s.), bank əməliyyatlarını aparmaq, kart hesablarını idarə etmək, bank məhsullarını, o cümlədən kreditləri onlayn sifariş vermək mümkündür. Tətbiq istifadəçiləri ABB mobile vasitəsilə apardıqları ödənişlər zamanı Faydalar toplayaraq onları pula, yaxud hədiyyələrə dəyişə bilirlər. Tətbiqə qoşulmaq və istifadə pulsuzdur. ABB mobile-ı buradan yükləmək olar.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol