• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya qazı Azərbaycan ərazisindən İrana nəql olunacaq - İran səfiri

Rusiya qazı Azərbaycan ərazisindən İrana nəql olunacaq  - İran səfiri
22.09.2022 15:29
Gündəlik 9 milyon kubmetr Rusiya qazı swap ( mübadilə) əməliyyatı vasitəsilə yaxın gələcəkdə Azərbaycan ərazisindən İrana nəql olunacaq. Bu barədə Azərtac Dövlət Agentliyi  İranın Azərbaycandakı səfiri Seyid Abbas Müsəvinin çıxışına istinadən məlumat yayıb. 
 
Səfir bildirib ki, İran ərazisindən yüklərin və enerji daşıyıcılarının nəql olunması ucuz başa gəlir və təhlükəsizdir.
 
Azərbaycan Energetika Nazirliyindən ANews.az-a yaxın olan mənbənin verdiyi məlumata görə, Rusiya qazının İrana Azərbaycan ərazisindən gətirilməsi qeyri mümkündür. Belə ki,  Ələt-Astara boru xəttinin  buraxıcılıq qabiliyyəti ildə 2,5-3 milyard kubmetr təşkil etdiyindən ildə 9 milyard kubmetr qazı İrana ötürülə bilməz. 

Diplomat qeyd edib ki, İran bənzər əməliyyatı Türkmənistan və Azərbaycanla da həyata keçirir. Azərbaycan İrandan keçməklə 2 milyard kubmetr Türkmənistan qazı alır.
 
Cari ilin əvvəlində İranın neft naziri Cavad Ouci bildirib ki, İran Rusiyaya öz ərazisi ilə svop qaz nəqlini həyata keçirməyi təklif edib.

"Son aylar ərzində biz Türkmənistandan qazın Azərbaycan vasitəsilə svop tədarükünü həyata keçirməyə başlamışıq. Eynilə, bunu Rusiya qazının sonrakı ixracı üçün də təklif etdik”, - Ouci demişdi.

2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb. Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.
 
Ləman

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol