• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda banklar 8 ayda aktivlərini 10,2%, mənfəəti isə 29,5% artırıb

Azərbaycanda banklar 8 ayda aktivlərini 10,2%, mənfəəti isə 29,5% artırıb
26.09.2022 17:09
2022-ci il avqustun 31-ə Azərbaycanın bank sisteminin cəmi aktivləri 42 milyard 404,4 milyon manata çatıb.Bu da ilin əvvəlində olan göstəricidən 10,2% çoxdur.  Bu barədə Mərkəzi Bank məlumat yayıb. 

Eyni zamanda, avqustda bankların aktivləri 2% və ya 814,7 milyon manat artıb.

Avqustun sonuna bankların kredit portfeli 18 milyard 638,6 milyon manat (2021-ci ilin sonu ilə müqayisədə 11,9% çox) təşkil edib.

Azərbaycanda bankların ümumi kapitallaşması 5 milyard 266,5 milyon manat (artım 6%) təşkil edir.

Bankların öhdəlikləri 37 milyard 137,9 milyon manat (artım 10,9%) olub.  O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 274,7 milyon manat (azalma 13,9%) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 30 milyard 437,2 milyon manat (artım 13 faiz), o cümlədən əhalinin əmanətləri 10 milyard 632 milyon manat (artım 17,7 faiz) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-avqustunda bankların cəmi xalis mənfəəti 589,4 milyon manat (2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 29,5% artım) təşkil edib.

Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 715,8 milyon manat (artım 26 faiz), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 408,6 milyon manat (artım 29 faiz) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 762,3 milyon manat (artım 32,3%) olub.

Bankların faiz xərcləri 409,8 milyon manat (artım 16,2 faiz), o cümlədən depozitlər üzrə 284,6 milyon manat (artım 22,7 faiz) təşkil edib.

Bankların qeyri-faiz xərcləri 1 milyard 183,3 milyon manat (artım 29,1%) təşkil edir.

2022-ci ilin yanvar-avqustunda Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 849,9 milyon manat (artım 31,8%) təşkil edib.

Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 725,2 milyon manat (artım 35 faiz), mənfəət vergisi ödənişləri 135,8 milyon manat (artım 65,8 faiz) səviyyəsində qiymətləndirilir.

31 avqust 2022-ci il tarixinə Azərbaycanda 26 bank, o cümlədən 12 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.

Ümumilikdə bankların 483 filialı (2021-ci ilin sonu ilə müqayisədə 0,8% artım) və 94 filialı (2021-ci ilin sonuna 97) var.

Azərbaycanın bank sektorunda 21,947 min nəfər çalışır (2021-ci ilin sonu ilə müqayisədə 8% artım).
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol