• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci ildə nə qədər taxıl məhsulu yığılıb? - AÇIQLAMA

2022-ci ildə nə qədər taxıl məhsulu yığılıb? - AÇIQLAMA
05.10.2022 13:01
Azərbaycanda 2022-ci ildə 964 min hektar sahədən əsas taxıl məhsulları yığılıb  ki, bunun da 97%-ni və ya 933.5 min hektarını buğda və arpa sahələri təşkil edib. Ötən illə müqayisədə taxıl sahələri 14.3 min hektar və ya 1.5% azalıb.  Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Nazirlikdən verilən məlumata əsasən, 2022-ci ildə 547.2 min hektar sahədən 1736.1 min ton buğda istehsal olunub ki, bu da ötən illə müqayisədə 7.9% azdır.
 
"Cari ildə buğdanın məhsuldarlığı 31.9 sent/ha olub ki, bu da ötən illə müqayisədə 3% azdır.  2022-ci ildə 386.3 min hektar sahədən 1100.7 min ton arpa istehsal olunub ki, bu da ötən illə müqayisədə 4% azdır. Cari ildə arpanın məhsuldarlığı 28.8 sent/ha olub ki, bu da ötən illə müqayisədə 6.2% azdır", - qurumdan deyilib. 
 
2021-ci ildə Azərbaycanda 595 min hektar ərazidə buğda əkilib ki, bu da ümumi əkin sahəsinin təxminən 40 %-nə bərabərdir. Buğdanın əkin sahəsində ötən il ilə müqayisədə 1,1 %-lik artım müşahidə edilib.  2021-ci ildə ölkə üzrə buğda istehsalı isə 1,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artım deməkdir.

Dövlət Statistika Komitəsinin 2020-ci ildə hazırladığı ərzaq balansı məlumatlarına görə , Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir, bu da onu deməyə əsas verir ki, daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir.
 
Buğda istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 2024-cü ilin yanvarın 1-nə qədər ƏDV-dən azad edilib ki, bu da unun maya dəyərinin aşağı olmasına xidmət edir. Bundan əlavə, un və buğdanın hər tonunun ixracı üçün 200 dollar həcmində ixrac rüsumu tətbiq edilir. Ölkədə buğda ehtiyatlarının lazımi səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. 
 
Ləman


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol