• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!
14.10.2022 11:57
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və "yaşıl” texnologiyalar tətbiq edir

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell öz şəbəkəsini bütün ölkə üzrə genişləndirməyə və modernləşdirməyə davam edir. Bu irimiqyaslı layihənin növbəti mərhələsində lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçir.

İşğaldan azad edilmiş ərazilərdəki baza stansiyalarının modifikasiyası üçün bərpa olunan enerjidən istifadə edən Azercell Qarabağda günəş enerjisi ilə işləyən ilk LTE baza stansiyalarını istifadəyə verir. Belə ki, lider mobil operator Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyalarını günəş panelləri ilə təchiz edib. Artıq həmin baza stansiyaların enerji tələbatının 60%-i günəş enerjisi hesabına qarşılanır. Bu da, öz növbəsində, ekoloji baxımdan daha "yaşıl” istismarı təmin edərək əraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının  azalmasına səbəb olur.   
Ümumilikdə, Azercell 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istifadəyə verməyi planlaşdırır. Qeyd edək ki, şirkət artıq Qobustan və Tovuzda da  "yaşıl enerji" ilə çalışan baza stansiyaları quraşdırıb.

Bu ilin avqustundan etibarən Azercell Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.
 
Layihə çərçivəsində lider mobil operator Azərbaycanda 300-dən çox yeni baza stansiyasını istismara verəcək və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol